Azıx mağarası nın beynəlxalq premyerası keçirildi
Icma.az bildirir, Azvision portalına istinadən.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin dəstəyi ilə istehsal edilmiş filmin çəkilişləri 5 ölkədə aparılıb. Film “Azərbaycan irsinə səyahət” silsiləsinə daxildir.
Qarabağın işğaldan azad edilməsindən sonra Azıx mağarasında yerli və xarici mütəxəssislərin iştirakı ilə arxeoloji araşdırmaların bərpa olunması filmin süjet xəttinin əsasını təşkil edir. Buradan yola çıxaraq, filmdə peşəkar arxeoloq və tarixçilərin gözü ilə Azıx mağarasına, onun təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın tarixindəki yerinə nəzər salınır. Britaniya, Almaniya, Kanada, Türkiyədən olan antropoloqlar yeni insan növünün formalaşmasında Azıx mağarasının xüsusi rolunun olması fikrini irəli sürürlər.
Sənədli filmdə 2D və 3D qrafik təsvirlərdən, animasiyalardan istifadə olunmaqla Azıx mağarasının quruluşu, zaman keçdikcə necə dəyişməsi, qədim insanın oradakı həyatı və məişəti izah edilir.
Rejissor Atakan Kərküklünün çəkdiyi film 6-cı Korkut Ata Türk Dünyası Film Festivalının sənədli film müsabiqəsində iştirak edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azıx mağarası ilə bağlı YENİLİK
31 Avqust 2026 17:58
Azıx mağarası Azərbaycanlıların ilk evi (Video)
22 İyul 2026 14:44
Azıx mağarası: içəridə nələr var? VİDEO
20 Oktyabr 2026 08:23
Azıx Mağarası ilə bağlı QƏRAR VERDİ KONKRET
08 Oktyabr 2025 16:43
Azıx mağarası haqqında kitabın Londonda təqdimatı keçirilib
12 Mart 2025 17:30
Baxış sayı:71
Bu xəbər 05 Noyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları