Icma.az
close
up
RU
Aziz Akobayev: Məskunlaşma problemi qarşılıqlı əməkdaşlıq yolu ilə aradan qaldırıla bilər

Aziz Akobayev: Məskunlaşma problemi qarşılıqlı əməkdaşlıq yolu ilə aradan qaldırıla bilər

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 18 may, AZƏRTAC

WUF13-ün Bakıda keçirilməsi bizim üçün faydalı və səmərəlidir. Ölkələrimizin strateji tərəfdaş olması müasir şəhərsalmada həm təcrübə mübadiləsi aparmaq, həm də qarşılıqlı sərmayə yatırılması üçün geniş imkanlar yaradıb. Son illər Özbəkistanda keçirilən iqtisadi və siyasi islahatlar yeni şəhərsalma prosesini sürətləndirib.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Özbəkistanın Məskunlaşma və Dayanıqlı Mənzil Bazarının İnkişafı üzrə Milli Komitəsinin rəis müavini Aziz Akobayev deyib.

Onun sözlərinə görə, hazırda 20 hektar ərazidə yeni Daşkənd şəhəri salınır ki, bu da tam müasir tipli şəhər olacaq.

““Ağıllı şəhər” tipində olacaq yeni Daşkənddə binaların elektrik enerjisi, su, qaz və digər komunal xidmətlər tamamilə yeni texnologiyalar əsasında təşkil ediləcək. Nəqliyyat probleminin həlli üçün şəhərin mərkəzindən keçəcək kanalda xüsusi qayıqlar nəqliyyat vasitəsi kimi istifadə ediləcək. İnsanlar şəhərin bir başından digərinə getmək üçün metro və avtobus ilə yanaşı su nəqliyyatından da istifadə edəcəklər ki, bu da sərnişindaşımanın yükünü xeyli azaldacaq. Şəhərin yolları biristiqamətli ətrafı isə tamamilə yaşıllıqdan ibarət olacaq. Şəhərdə dəyəri 2,5 milyard dollar olan hava limanı da istismara veriləcək. 2 milyon insanın yaşaması üçün nəzərdə tutulan yeni Daşkənd 2040-cı ildə istifadəyə veriləcək”, - deyə Aziz Akobayev vurğulayıb.

WUF13 barəsində danışan Aziz Akobayev nəzərə çatdırıb ki, bu platforma zamanın tələbi ilə yaranıb: “İnsanlıq inkişaf etdikcə problemlər də meydana çıxır. Təbii fəlakətlər, iqlim dəyişmələri, silahlı münaqişələr və digər amillər məskunlaşma məsələsinə ciddi yanaşma tələb edir. İnsanların, xüsusiilə də gənclərin şəhərlərə axın edərək məskunlaşması şəhərlərin böyüməsinə və əhalinin artmasına səbəb olur ki, bunlar da şəhərsalma konsepsiyasına yeni ideyalarla yanaşmağı tələb edir. Məskunlaşma problemlərini dünya ölkələri yalnız qarşılıqlı faydalı əməkdaşlıq və təcrübə mübadiləsi yolu ilə aradan qaldıra bilərlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 May 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri