Icma.az
close
up
RU
Azərbaycanla BMT nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq genişlənir

Azərbaycanla BMT nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq genişlənir

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax ilə görüşüb.

Xarici İşlər Naziriyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlıq məsələləri, dayanıqlı şəhərsalma, urbanizasiya proseslərinin idarə olunması, həmçinin şəhərlərin dayanıqlı inkişafı sahəsində tərəfdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumuna (WUF-13) hazırlıq işləri, bu çərçivədə planlar ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasının, müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış məntəqələrinin yaradılmasının ölkəmizin urbanizasiya sahəsində gördüyü işlərin əhəmiyyətli nümunəsi olduğu vurğulanıb.

Söhbət zamanı, həmçinin Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov bölgəmizdə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi barədə də qarşı tərəfi məlumatlandırıb, postmünaqişə dövründə bölgədə davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın mövqeyi və təşəbbüsləri barədə danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Mart 2026 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri