Icma.az
close
up
RU
AzMİ də Milli Etalon Vaxtına görə atom saatları quraşdırıldı FOTO

AzMİ də Milli Etalon Vaxtına görə atom saatları quraşdırıldı FOTO

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Metrologiya İnstitutunun yeni Vaxt və tezlik ölçmələri laboratoriyasında Milli Etalon Vaxtının yaradılması məqsədilə sezium atom saatları quraşdırılıb. 

Ölkə.Az xəbər verir ki, Milli Etalon Vaxtının yaradılması istiqamətində işlərə başlanılıb. Hazırda ölkəmizdə vaxtın düzgün və koordinasiyalı şəkildə paylaşılması (vaxt sinxronizasiyası) müxtəlif xarici mənbələrdən və üsullardan istifadə edilərək həyata keçirilir. Bu isə xarici sistemlərdən asılılığı artırmaqla yanaşı, vaxtın daha dəqiq sinxronizasiyasını çətinləşdirir. Nəticə etibarilə, maliyyə, logistika, kommunikasiya və digər sahələrdə bir sıra maneələrin yaranması ehtimalı artır. 

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən bu məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22.07.2022 tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planının 1.1.21-ci "Ölkədə məhsul və xidmət istehsalının müasir keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi" bəndinin icrası çərçivəsində AzMİ-nin yeni yaradılan Vaxt və tezlik ölçmələri laboratoriyasında artıq sezium atom saatları və GNSS (Global Navigation Satellite System - Qlobal Naviqasiya Peyk Sistemi) qəbulediciləri quraşdırılıb. Sözügedən avadanlıqların quraşdırılması Milli Etalon Vaxtının yaradılması ilə bağlı prosesdə mühüm əhəmiyyət kəsb edir. 

Bu çərçivədə GNSS peyklərindəki atom saatları ilə AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyasındakı atom saatları arasındakı zaman fərqi hər gün mütəmadi ölçüləcək, əldə edilən məlumatlar Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroya (Bureau International des Poids et Mesures - BIPM) göndəriləcəkdir. Bu metodla dünya standartı olan UTC-nin (Coordinated Universal Time - Koordinasiyalı Universal Vaxt) Azərbaycanın milli etalon vaxtı (UTC-AZ) ilə müqayisə edilməsi sayəsində zaman fərqinin izlənməsi mümkün olacaq.

Beynəlxalq izlənəbilən zaman yaradıldıqdan sonra laboratoriyada quraşdırılan NTP (Network Time Protocol - Şəbəkə Vaxtı Protokolu) sistemi vasitəsilə ölkənin milli etalon vaxtı ilə internet üzərindən sinxronizasiya mümkün olacaq. Beləliklə, respublikada vahid zamanın istifadəsi təmin ediləcək. Bu da öz növbəsində ölkə daxilində müxtəlif sahələrin daha səmərəli və etibarlı fəaliyyət göstərməsinə imkan yaradacaq. 

Məlumat üçün bildirək ki, Milli Etalon Vaxtının yaradılması prosesinin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu addımlar Azərbaycanı həm daxili, həm də beynəlxalq səviyyədə daha etibarlı və koordinasiya olunmuş vaxt sisteminə sahib ölkəyə çevirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Aprel 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri