Icma.az
close
up
RU
İdeal yuxu vaxtına diqqət edin

İdeal yuxu vaxtına diqqət edin

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mütəxəssislər bildirirlər ki, keyfiyyətli və kifayət qədər yuxu sağlam həyatın əsas şərtlərindən biridir.

Axşam.az xəbər verir ki, böyüklər üçün gündə orta hesabla 7-9 saat yuxu tövsiyə olunur. Yuxu zamanı orqanizm bərpa olunur, beyin dincəlir və immun sistemi güclənir.

Qeyri-kafi yuxu isə yorğunluq, diqqət dağınıqlığı, stress, əsəbilik və hətta ürək-damar problemləri riskini artıra bilər. Davamlı yuxusuzluq həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir göstərir.

Həkimlər hər gün eyni saatda yatıb oyanmağı, yatmazdan əvvəl telefondan uzaq durmağı və rahat yuxu mühiti yaratmağı məsləhət görürlər.

Kifayət qədər yatmaq sağlamlıq üçün nə qədər vacibdirsə, normadan artıq yatmaq da bir o qədər zərərli ola bilər. ABŞ-ın Kolumbiya Universitetinin apardığı və “Nature” jurnalında yayımlanan yeni araşdırmada sağlamlıq üçün “qızıl yuxu intervalı” müəyyən edilib.

Təxminən 500 min könüllünün iştirak etdiyi araşdırmada hər bir orqanın hansı sürətlə yaşlandığı ölçülüb. Nəticələr göstərib ki, həm az, həm də həddindən artıq yuxu beyin, ürək və immun sistemi daxil olmaqla, demək olar ki, bütün orqanizmin daha sürətli qocalmasına səbəb olur.

Araşdırmaya əsasən, 6-7 saat arası keyfiyyətli yuxu ən ideal müddət hesab olunur. Mütəxəssislər yaxşı yuxu üçün yataq otağının sərin, səssiz və qaranlıq olmasının vacibliyini vurğulayıblar. Həmçinin telefon istifadəsinin gec saatlarda dayandırılması tövsiyə edilir.

Araşdırmada qadınların kişilərlə müqayisədə gecə orta hesabla 15 dəqiqə daha çox yatmalı olduğu qeyd olunub. Alimlər bu fərqin hormonal və fizioloji səbəblərlə əlaqəli olduğunu bildiriblər.

Kifayət qədər yuxunun qadınlarda hormon balansına müsbət təsir etdiyi və onların gün ərzində özlərini daha xoşbəxt hiss etdikləri müəyyən olunub. Bəzi araşdırmalar isə yuxunun depressiyaya qarşı qoruyucu təsir göstərdiyini ortaya qoyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://axsam.az
archiveBu xəbər 29 May 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri