Icma.az
close
up
RU
AzMİ nin baş direktoru metrologiya üzrə beynəlxalq iclasda iştirak edib

AzMİ nin baş direktoru metrologiya üzrə beynəlxalq iclasda iştirak edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 noyabr,AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov Fransanın Sevr şəhərində keçirilən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) 24-cü iclasında iştirak edib.

AzMİ-dən AZƏRTAC-a bildiriblər ki, iclasa həmçinin Amerika Birləşmiş Ştatları, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, Hindistan, Hollandiya, İndoneziya, İspaniya, Kanada, Meksika, Misir, Norveç, Özbəkistan, Qana, Səudiyyə Ərəbistanı, Tayvan, Türkiyə, Yaponiya, Yeni Zelandiya və digər üzv dövlətlərin milli metrologiya qurumlarından nümayəndələr qatılıblar.

İclas zamanı BIPM-in Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitəsinin (CIPM) ötən il ərzindəki fəaliyyəti, habelə Metrik Konvesiyanın imzalanmasının 150 illiyi münasibətilə həyata keçirilən tədbirlər barədə təqdimatlar dinlənilib. Bundan əlavə, metrologiya sahəsində süni intellektin və rəqəmsal texnologiyaların tətbiqi, CIPM-in strategiyasının icra vəziyyəti, beynəlxalq və regional əməkdaşlıqlar, saniyənin yeni metroloji tərifinin müəyyən edilməsi və digər məsələlər müzakirə olunub.

Daha sonra “Elektrik batereyalarının ölçülməsi sahəsində müasir yanaşmalar”, “Ağıllı şəbəkə” (Smart grid) xüsusiyyətləri”, “Metrologiyada süni intellektin tətbiqi”, “Metrologiya və rəqəmsallaşma” mövzularında təqdimatlar nümayiş olunub.

Tədbir çərçivəsində BIPM-ə üzv ölkələr, o cümlədən Türkiyə, Cənubi Koreya, Çin, Polşa və Özbəkistanın nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri