Icma.az
close
up
RU
Metrologiya İnstitutunun beynəlxalq uğuru

Metrologiya İnstitutunun beynəlxalq uğuru

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən yaradılan keyfiyyət informasiya sisteminin (E-keyfiyyet.gov.az) “Metrologiya sahəsi üzrə müraciətlər” alt modulu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan “Sənaye, innovasiya və infrastruktur” çərçivəsində referans nümunə kimi qiymətləndirilib. Bununla da, sözügedən beynəlxalq qiymətləndirmə seçilmiş 12 referans nümunə sırasına daxil edilib.

Qeyd edək ki, qiymətləndirmə BMT-nin Sənaye İnkişafı Təşkilatının, Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun, eləcə də Beynəlxalq Qanunverici Metrologiya Təşkilatının birgə həyata keçirdikləri layihə çərçivəsində aparılıb. Layihənin məqsədi milli metrologiya qurumlarının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini müəyyənləşdirməkdir.

Layihə çərçivəsində milli metrologiya institutlarının təqdim etdikləri 60-dan çox rəqəmsal həll nəzərdən keçirilib. Bu həllər arasından Azərbaycan Metrologiya İnstitutunun metroloji xidmətlərin rəqəmsallaşdırılması üzrə təcrübəsi referans nümunə kimi seçilib. Qiymətləndirmə zamanı elmi, tətbiqi və qanunverici metrologiya sahələri arasında balans, ölkələrin inkişaf səviyyəsi, mövzu və dayanıqlı inkişaf məqsədləri üzrə müxtəliflik nəzərə alınıb. Bundan əlavə, hər bir nümunənin aydın milli və ya sektoral problemi həll etməsi və kəmiyyətlə ölçülən nəticələr verməsi də tələb olunub.

Eyni zamanda, bu qiymətləndirmə keyfiyyət informasiya sisteminin “Metrologiya sahəsi üzrə müraciətlər” alt modulunun nümunəvi təcrübə, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına töhfə verən səmərəli rəqəmsal həll kimi digər ölkələrə, qurumlara və maraqlı tərəflərə təqdim olunmasını ifadə edir.

Yeri gəlmişkən, sözügedən beynəlxalq qiymətləndirmə milli keyfiyyət infrastrukturunun rəqəmsallaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini göstərir. BMT-nin Sənaye İnkişafı Təşkilatının müvafiq beynəlxalq qurumlarla birgə apardığı tədqiqatda Azərbaycan Metrologiya İnstitutunun təcrübəsinə yer verilməsi ölkəmiz üçün mühüm hadisədir. Heç şübhəsiz, sözügedən beynəlxalq qiymətləndirmə milli keyfiyyət infrastrukturunun rəqəmsallaşdırılması istiqamətində görülən tədbirlərin geniş miqyasda tanınmasına töhfə verəcək.

Qeyd edək ki, “Metrologiya sahəsi üzrə müraciətlər” alt modulu Azərbaycan Metrologiya İnstitutunun yoxlanılma, kalibrlənmə və attestasiya xidmətlərinin, elektron müqavilə və hesab-fakturaların, eləcə də müştəri sifarişlərinin vahid rəqəmsal mühitdə idarə olunmasını təmin edir. Modul vasitəsilə hüquqi və fiziki şəxslər metroloji xidmətlər üzrə müraciətlərini elektron qaydada təqdim edir və icra prosesini real vaxt rejimində izləyə bilirlər. Yoxlama şəhadətnamələri, yararsızlıq haqqında bildirişlər, kalibrlənmə sertifikatları və digər müvafiq sənədlər sistem daxilində formalaşdırılır, elektron imza ilə təsdiqlənir və müştərilərə təqdim olunur.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri