Icma.az
close
up
RU
AzMİU da dünya şöhrətli alimin elmi seminarları keçirilir FOTOLAR

AzMİU da dünya şöhrətli alimin elmi seminarları keçirilir FOTOLAR

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubiley tədbirləri çərçivəsində Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq) professoru, dünya şöhrətli alim professor Holm Altenbach universitetin qonağı olub.

AZXEBER.COM xəbər verir ki, onun sırf elmi seminar məqsədilə dəvət olunması AzMİU-nun elm və innovasiya yönümlü inkişaf strategiyasının mühüm hissəsidir və universitetin tədqiqat yönümlü ali təhsil müəssisəsinə çevrilməsi prosesini daha da gücləndirəcəyi gözlənilir.

Professorun AzMİU-dakı ilk çıxışı "Sürünmə mexanikasının tarixi və elmi qrupun nəticələri” mövzusuna həsr olunub. Seminar professor-müəllim heyətinin və gənc tədqiqatçıların iştirakı ilə keçirilib. Məruzədə sürünmə mexanikasının yaranma mərhələləri, bu sahədə aparılmış fundamental tədqiqatların nəticələri və müasir mühəndislikdə tətbiq imkanları ətraflı izah edilib. Xüsusilə materialların uzunmüddətli yüklənmələr altında davranışı, konstruksiyaların möhkəmliyi və zədələnmə problemlərinin həlli yolları barədə elmi yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb. 

Məlumat üçün bildirək ki, Holm Altenbach müasir mühəndislik mexanikası sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri kimi tanınır. O, 1980-ci ildə Leninqrad Politexnik İnstitutunu bitirmiş, 1983-cü ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnika elmləri doktoru dərəcəsi almışdır. 1996–2011-ci illərdə Halle-Vittenberqdə yerləşən Martin-Luther Universitetində mühəndislik mexanikası üzrə professor vəzifəsində çalışmış, hazırda isə Otto-von-Guericke Universitetində fəaliyyət göstərir.

Professor indiyədək 51 doktoranta elmi rəhbərlik edib, 300-dən çox elmi məqalənin, yüzlərlə konfrans məqaləsi, kitab və monoqrafiyaların müəllifi və ya həmmüəllifidir. Onun tədqiqatları davamlı mühitlər mexanikası, material modelləşdirilməsi, nazik divarlı konstruksiyaların analizi, möhkəmlik nəzəriyyələri, sürünmə və zədələnmə problemlərinə həsr olunub. Elmi fəaliyyətinə görə o, Krupp (Almaniya) və Humboldt (Polşa) kimi nüfuzlu mükafatlara layiq görülüb, həmçinin Ukrayna, Rumıniya və Gürcüstanın aparıcı universitetləri tərəfindən fəxri doktor adına layiq görülüb.

Altenbach elmi ictimaiyyətdə redaktor və ekspert kimi də böyük nüfuza malikdir. Hazırda "ZAMM – Journal of Applied Mathematics and Mechanics” jurnalının baş redaktoru, "Mechanics of Composite Materials” jurnalının assosiativ redaktoru, bir sıra nüfuzlu beynəlxalq nəşrlərin redaksiya heyətinin üzvüdür. Bundan əlavə, 2010-cu ildən etibarən Springer nəşriyyatının "Advanced Structured Materials” seriyasını Andreas Öchsner ilə birlikdə redaktə edir.

Üç gün davam edəcək səfər çərçivəsində professor ikinci gün "Qeyri-klassik lövhə konstruksiyaları” mövzusunda daha bir seminar təqdim edəcək, sonuncu gün isə AzMİU-nun Ali Riyaziyyat, İnşaat Konstruksiyaları və Mexanika kafedralarının əməkdaşları ilə görüşərək elmi mövzular ətrafında fikir mübadiləsi aparacaq. Onun universitetə gəlişi gənc tədqiqatçıların elmi potensialını artırmaq, beynəlxalq əməkdaşlıqları dərinləşdirmək və AzMİU-nun tədqiqat yönümlü universitet statusunu daha da möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 30 Sentyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri