Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

Tədqiqat yönümlü universitetə çevrilmə istiqamətində daha bir addım: AzMİU da dünya şöhrətli alimin elmi seminarları keçirilir

Tədqiqat yönümlü universitetə çevrilmə istiqamətində daha bir addım: AzMİU da dünya şöhrətli alimin elmi seminarları keçirilir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubiley tədbirləri çərçivəsində Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq) professoru, dünya şöhrətli alim professor Holm Altenbach universitetin qonağı olub. Onun sırf elmi seminar məqsədilə dəvət olunması AzMİU-nun elm və innovasiya yönümlü inkişaf strategiyasının mühüm hissəsidir və universitetin tədqiqat yönümlü ali təhsil müəssisəsinə çevrilməsi prosesini daha da gücləndirəcəyi gözlənilir. 

Professorun AzMİU-dakı ilk çıxışı “Sürünmə mexanikasının tarixi və elmi qrupun nəticələri” mövzusuna həsr olunub. Seminar professor-müəllim heyətinin və gənc tədqiqatçıların iştirakı ilə keçirilib. Məruzədə sürünmə mexanikasının yaranma mərhələləri, bu sahədə aparılmış fundamental tədqiqatların nəticələri və müasir mühəndislikdə tətbiq imkanları ətraflı izah edilib. Xüsusilə materialların uzunmüddətli yüklənmələr altında davranışı, konstruksiyaların möhkəmliyi və zədələnmə problemlərinin həlli yolları barədə elmi yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb. 

XQ-yə AzMİU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, Holm Altenbach müasir mühəndislik mexanikası sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri kimi tanınır. O, 1980-ci ildə Leninqrad Politexnik İnstitutunu bitirmiş, 1983-cü ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnika elmləri doktoru dərəcəsi almışdır. 1996–2011-ci illərdə Halle-Vittenberqdə yerləşən Martin-Luther Universitetində mühəndislik mexanikası üzrə professor vəzifəsində çalışmış, hazırda isə Otto-von-Guericke Universitetində fəaliyyət göstərir.

Professor indiyədək 51 doktoranta elmi rəhbərlik edib, 300-dən çox elmi məqalənin, yüzlərlə konfrans məqaləsi, kitab və monoqrafiyaların müəllifi və ya həmmüəllifidir. Onun tədqiqatları davamlı mühitlər mexanikası, material modelləşdirilməsi, nazik divarlı konstruksiyaların analizi, möhkəmlik nəzəriyyələri, sürünmə və zədələnmə problemlərinə həsr olunub. Elmi fəaliyyətinə görə o, Krupp (Almaniya) və Humboldt (Polşa) kimi nüfuzlu mükafatlara layiq görülüb, həmçinin Ukrayna, Rumıniya və Gürcüstanın aparıcı universitetləri tərəfindən fəxri doktor adına layiq görülüb.

Altenbach elmi ictimaiyyətdə redaktor və ekspert kimi də böyük nüfuza malikdir. Hazırda “ZAMM – Journal of Applied Mathematics and Mechanics” jurnalının baş redaktoru, “Mechanics of Composite Materials” jurnalının assosiativ redaktoru, bir sıra nüfuzlu beynəlxalq nəşrlərin redaksiya heyətinin üzvüdür. Bundan əlavə, 2010-cu ildən etibarən Springer nəşriyyatının “Advanced Structured Materials” seriyasını Andreas Öchsner ilə birlikdə redaktə edir.

Üç gün davam edəcək səfər çərçivəsində professor ikinci gün “Qeyri-klassik lövhə konstruksiyaları” mövzusunda daha bir seminar təqdim edəcək, sonuncu gün isə AzMİU-nun Ali Riyaziyyat, İnşaat Konstruksiyaları və Mexanika kafedralarının əməkdaşları ilə görüşərək elmi mövzular ətrafında fikir mübadiləsi aparacaq. Onun universitetə gəlişi gənc tədqiqatçıların elmi potensialını artırmaq, beynəlxalq əməkdaşlıqları dərinləşdirmək və AzMİU-nun tədqiqat yönümlü universitet statusunu daha da möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Müşfiq Mirzə
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see187

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see141

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see128

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see127

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see127

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see126

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see126

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see125

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see124

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see123

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see122

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see121

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see119

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri