Icma.az
close
up
RU
AzMİU da yeni laboratoriyalar və tədris mərkəzi istifadəyə verilib AZƏRTAC

AzMİU da yeni laboratoriyalar və tədris mərkəzi istifadəyə verilib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) özəl sektorla əməkdaşlıq çərçivəsində yeni laboratoriya, ixtisaslaşmış təlim-tədris mərkəzi və xüsusi auditoriyalar istifadəyə verilib.

Bu barədə AZƏRTAC-a AZMİU-dan məlumat verilib. Bildirilib ki, universitetlərlə özəl sektor arasında əməkdaşlığa dair dövlətin strateji hədəflərinə uyğun olaraq həyata keçirilən layihə AzMİU-da tədris və innovasiya sahəsində yeni imkanlar yaradıb.

Yeni yaradılan infrastrukturlar aşağıdakılardır:

1. “Avant Group” tərəfindən İnşaat mühəndisliyində layihələndirmə laboratoriyası;

2. "Akond1" QSC tərəfindən İxtisaslaşmış təlim-tədris mərkəzi;

3. "UNİCO" şirkəti tərəfindən İnşaat mühəndisliyində layihələndirmə laboratoriyası;

4. “Bakelektro” ASC tərəfindən ixtisaslaşmış auditoriya.

Hər bir laboratoriya və tədris mərkəzi haqqında AzMİU-nun İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev və müvafiq özəl sektor təmsilçiləri tərəfindən məlumat verilib. Bildirilib ki, bu mərkəzlər kompüterlər, ağıllı lövhələr, müasir mebellər və digər lazımi avadanlıqlarla təmin edilib.

Laboratoriya və tədris mərkəzlərinin açılışından sonra qonaqlarla əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə dəyirmi masa təşkil olunub. Görüşün sonunda AzMİU ilə “Avant Group” MMC, “Akond1” QSC, “UNİCO” şirkəti və “Bakelektro” ASC arasında əməkdaşlığa dair rəsmi müqavilələr imzalanıb. Bu müqavilələr təhsil və sənaye arasında inteqrasiyanı daha da gücləndirmək məqsədi daşıyır.

İmzalanma mərasimindən sonra AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova tərəfindən “Avant Group” MMC-nin Müşahidə Şurasının sədri Əli Hüseynova, "Akond1" QSC-nin İdarə Heyətinin sədri Orxan Bağırova, “UNİCO” şirkətinin kommersiya üzrə direktor müavini Sərxan Danyalova, “Bakelektro” ASC-nin direktor müavini Emin Qurbanova, həmçinin AzMİU ilə yaxından əməkdaşlıq edən “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşevə universitetin inkişafına verdikləri töhfələrə görə təşəkkür plaketləri təqdim edilib.

AzMİU-nun bu cür əməkdaşlıq layihələri tələbələrin müasir standartlara cavab verən infrastrukturla və mühitlə təmin edir. Bu təşəbbüs, həmçinin dövlətin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq təhsil və innovasiyanın birgə inkişafının təmin olunmasına töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri