Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mingəçevir, 5 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günündə Rəqəmsal mühəndislik və “MathStage” laboratoriyalarının açılışı olub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, açılış mərasimində MDU-nun rektoru Anar Eminov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov və universitetin bir qrup əməkdaşı iştirak edib. Tədbirdə vurğulanıb ki, yeni laboratoriyaların istifadəyə verilməsi universitetdə müasir tədris infrastrukturunun inkişaf etdirilməsi, təhsil prosesində praktiki və interaktiv yanaşmaların genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Rəqəmsal mühəndislik laboratoriyası müəllim və tələbələrə mühəndislik sahəsində müasir rəqəmsal texnologiyalarla işləmək, nəzəri biliklərini praktiki fəaliyyətlə möhkəmləndirmək və yeni texnoloji bacarıqlar qazanmaq imkanı yaradacaq. Laboratoriyanın imkanlarından tədris prosesində, praktiki məşğələlərdə və tələbələrin layihə fəaliyyətində istifadə olunması nəzərdə tutulur.
“MathStage” laboratoriyası isə riyaziyyatın daha interaktiv və tətbiqyönümlü şəkildə öyrənilməsinə, tələbələrin məntiqi düşünmə və problem həlletmə bacarıqlarının inkişafına xidmət edəcək. Yeni laboratoriyaların istifadəyə verilməsi həm müəllim əməyinə verilən dəyərdən irəli gəlir, həm də tələbələrin müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə, praktiki hazırlığının gücləndirilməsinə və universitetin tədris imkanlarının daha da genişləndirilməsinə xidmət edir.
Müxbir – Vüsalə Cənnətova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 Oktyabr 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















