AzMİU nun nümayəndəsi: WUF13 ün uğuru həm də onun cəmiyyətə necə çatdırılmasından asılıdır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 3 mart, AZƏRTAC
Bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində media nümayəndələri üçün təşkil olunan məlumatlandırma tədbirləri mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər yalnız texniki məlumatlandırma deyil, eyni zamanda, media ilə şəhərsalma mütəxəssisləri arasında strateji dialoqun formalaşmasına xidmət edir. Jurnalistlərin bu prosesə aktiv şəkildə cəlb olunması, şəhərsalma məsələlərinin elmi, sosial və praktik aspektlərinin geniş auditoriyaya çatdırılması dayanıqlı şəhərlərin qurulmasına töhfə verən əsas amillərdəndir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev deyib.
Onun sözlərinə görə, WUF13 kimi qlobal miqyaslı tədbirin uğuru təkcə təşkilati proseslərdən deyil, həm də onun cəmiyyətə necə çatdırılmasından asılıdır. Bu baxımdan jurnalistlərin prosesi dərindən anlaması, mövzunu peşəkar, məsuliyyətli və davamlı şəkildə işıqlandırması xüsusi əhəmiyyət kəsb edir: “Media şəhərsalma sahəsində həyata keçirilən islahatların, dayanıqlı inkişaf yanaşmalarının və insanyönümlü urbanizasiya siyasətinin ictimai şüurda düzgün formalaşmasında əsas körpü rolunu oynayır. Azərbaycanın 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” kimi qeyd etməsi və WUF13-ə ev sahibliyi etməsi ölkəmizin bu sahədə beynəlxalq gündəliyin mərkəzində olduğunu bir daha təsdiqləyir. Bu prosesdə jurnalistlərin fəal iştirakı, eləcə də təkcə forum günlərində deyil, hazırlıq mərhələsində və forumdan sonrakı dövrdə də şəhərsalma mövzusunun ardıcıl şəkildə gündəmdə saxlanılması cəmiyyətin maarifləndirilməsi baxımından olduqca vacibdir”.
Günel Türksoy - müxbir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 03 Mart 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















