Icma.az
close
up
RU
WUF13 ün media təlimi

WUF13 ün media təlimi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDİA), ADA Universiteti və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Əməliyyat Şirkəti ilə birgə Bakıda WUF13 çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilib.

Bu çərçivədə jurnalistlərə “WUF13-ün əsas istiqamətləri və dialoqları”, “Bakı şəhərinin Baş planı”, “WUF13 çərçivəsində əlçatanlıq və inklüzivlik”, eləcə də “Yaşıl nəqliyyat və mikromobillik” mövzuları ətrafında məlumat verilib. Məlumatlandırmada Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, BMT-nin Məskunlaşma Proqramının (UN - Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma və memarlıq şöbəsinin rəhbəri Çağrı Kərimzadə və digər məsul qurumların təmsilçiləri iştirak ediblər, media nümayəndələrinin suallarını cavablandırıblar.

Məlumatlandırma sessiyası çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN - Habitat) kommunikasiya direktoru Katerina Bezqaçina XQ-yə xüsusi açıqlamasında bildirdi ki, bu BMT forumu Azərbaycanın öz təcrübəsini bölüşmək üçün nadir imkandır:

– “Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” - mövzu təsadüfən seçilməyib. Bu gün dünya məskunlaşma və mənzil təminatı sahəsində ciddi böhranla üz-üzədir. 3 milyarddan çox insan müxtəlif mənzil problemləri ilə üzləşməkdədir. Bir milyarddan artıq insan gecəqondu və ya qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyondan çox insan isə layiqli mənzilə çıxış imkanından məhrumdur.

Gözlənti bundan ibarətdir ki, Ümumdünya Şəhərsalma Forumunun sonunda "Bakı Fəaliyyətə Çağırış" sənədi qəbul ediləcək. Bu sənəd müxtəlif müzakirələrin yekun nəticələrini özündə əks etdirən əsas çıxış sənədi olacaq. Bizim vəzifəmiz isə insanların bu sənəd haqqında məlumatlı olmasını təmin etmək, onun nəticələrini izah etmək və həmin nəticələri BMT çərçivəsində çoxtərəfli proseslərə, eləcə də digər qlobal platformalara ötürməkdir.

Bu məqsədlə biz sənədi geniş şəkildə paylaşacağıq, sosial mediada fəal şəkildə yayacağıq, "Baku Call to Action" (Bakı Fəaliyyətə Çağırış) xülasələrini hazırlayacağıq və onu Nyu-Yorkda, Cenevrədə və BMT-nin digər ofislərində çalışan həmkarlarımıza təqdim edəcəyik.

Əsasən bu sənəd vasitəsilə irəliləyəcəyik və ümid edirik ki, "Bakı Fəaliyyətə Çağırış" noyabr ayında keçiriləcək "Un - Habitat"ın İcraiyyə Şurasında da qəbul edilərək nəzərdən keçiriləcək. Sənəd üzv dövlətlərə təqdim olunacaq və onlar bu çağırış çərçivəsində konkret addımlar atmağa təşviq ediləcəklər".

Xanım Bezqaçina onu da bildirdi ki, WUF13 çərçivəsində praktik təcrübələrin paylaşılması və nümayişi üçün yaradılmış interaktiv platformalar təqdim ediləcək. Yəni real layihələrin, uğurlu nümunələrin və tətbiq edilmiş həllərin təqdimatı keçiriləcək: "Bu platformalar öz ölkə və şəhərlərində həyata keçirilən proqramları təmsil edən iştirakçılar arasında təcrübə mübadiləsi üçün nəzərdə tutulub. Belə format həm də praktiki təcrübəni nümayiş etdirmək üçün mühüm imkan yaradır.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə baş meneceri Eldar Rəsulov da XQ-yə bildirdi ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının başlamasına artıq 20 gündən az bir vaxt qalıb:

– Hazırda tədbirin geniş miqyasına uyğun infrastruktur–hazırlıq işləri yekunlaşmaq üzrədir. Keçirilən tədbirin məqsəd odur ki, tədbirə qalan bu müddətdə media nümayəndələri hazırlayacaqları kontent və materiallar üçün daha geniş məlumat əldə etsinlər, şəhərsalma mövzuları, WUF13-ün əsas istiqamətləri və dialoqları ilə yaxından tanış olsunlar və nəticədə daha səmərəli işıqlandırma apara bilsinlər.

Əlavə edək ki, WUF13 ilə əlaqədar Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək. Proqramı iki hissədən ibarət olacaq. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək. Axşam saat 18:00-da isə festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.

Festival 29 aprel tarixində Sumqayıt şəhərinin Göyərçin parkında, 30 aprel tarixində Quba şəhərinin Nizami parkında, 2 may tarixində Lənkəran şəhərinin Qala Xiyabanı parkında, 4 may tarixində Qəbələ şəhərinin Heydər Əliyev parkında, 5 may tarixində Şəki şəhərinin Bəxtiyar Vahabzadə parkında, 6 may tarixində Mingəçevir şəhərinin Heydər Əliyev meydanında, 8 may tarixində Gəncə şəhərinin Heydər Əliyev adına meydanında, 10 may tarixində Xankəndi şəhərinin Zəfər meydanında, 12 mayda Sumqayıtda və 13 may tarixində Bakıda keçiriləcək.

Qeyd edək ki, bu günə olan məlumata görə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak üçün 800-dən çox media nümayəndəsi akkreditasiyadan keçib. WUF13-ə akkreditasiya olunmuş kütləvi informasiya vasitələri nümayəndələrinin 70 faizdən çoxunu yerli media təşkil edir. Forum üçün qeydiyyatdan keçmiş iştirakçıların ümumi sayı 21 min nəfəri ötüb ki, bu da forumun beynəlxalq miqyasda böyük maraq doğurduğunu göstərir.

N.ETİBAROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Aprel 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri