Icma.az
close
up
RU
AzMİU rəhbərliyi Qlobal Dayanıqlı İnkişaf Konqresi çərçivəsində bir sıra görüşlər keçirib

AzMİU rəhbərliyi Qlobal Dayanıqlı İnkişaf Konqresi çərçivəsində bir sıra görüşlər keçirib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində “Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə iştirak edib.

Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Konqresdə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbər heyəti ilə yanaşı, Azərbaycanın 12 aparıcı ali təhsil müəssisəsi də təmsil olunub. Universitetlər dayanıqlı inkişaf sahəsində əldə etdikləri nailiyyətləri beynəlxalq auditoriyaya təqdim etmək imkanı qazanıblar. AzMİU bu tədbirdə xüsusi pavilyonla iştirak edərək, universitetdə həyata keçirilən ekoloji yanaşmalar, iqlimə uyğunlaşdırılmış tədris və tədqiqat təşəbbüsləri, yaşıl bacarıqların formalaşdırılması istiqamətindəki fəaliyyətlərini nümayiş etdirib.

Konqresin ilk günü təşkil edilən sərgi zamanı AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bir sıra strateji əhəmiyyətli görüşlər keçirib. Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar, elm və təhsil naziri Emin Əmrullayev və bir çox ölkələrin ali məktəb rəhbərləri AzMİU-nun stendi, universitetin dayanıqlı inkişaf sahəsində təşəbbüsləri ilə tanış olublar.

Sərgi çərçivəsində AzMİU ilə Ankara Universiteti arasında “Orhun Mübadilə Protokolu” imzalanıb. Rektor Gülçöhrə Məmmədovanın və Ankara Universitetinin rektoru professor Necdet Ünüvarın imzaladığı bu sənəd Türk dünyası ali təhsil məkanında tələbə və müəllim mübadiləsini təşviq edir, birgə tədris və elmi tədqiqat layihələrinin inkişafına şərait yaradır. Bu protokol AzMİU-nun beynəlxalq əlaqələrinin coğrafi miqyasını daha da genişləndirir.

Bununla yanaşı, AzMİU nümayəndə heyəti ilə Gebze Texniki Universitetinin rektoru professor Hacı Əli Mantar arasında keçirilən görüşdə elmi-tədqiqat sahəsində mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Konqresdən sonra AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova və Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə Gebze Universitetində keçirilən ardıcıl görüşlərdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

İstanbul Texniki Universitetinin (İTU) rektoru professor Hasan Mandal ilə keçirilən görüş də xüsusi əhəmiyyət daşıyıb. Görüşdə AzMİU və İTU arasında iyunun 24-25-də Bakıda keçiriləcək İnşaatın Müasir Problemləri (MCEP 2025) adlı beynəlxalq konfransın təşkili və tədqiqat əməkdaşlıqlarının inkişafı məsələləri müzakirə olunub.

Atatürk Universitetinin rektoru professor Ahmet Hacımüftüoğlu ilə də görüş keçirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, konqresin rəsmi açılış mərasimində Azərbaycanın 50 nəfərlik nümayəndə heyəti iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək, ölkəmizin COP29-a ev sahibliyi etməsindən sonra elm və təhsil sahəsində yaranmış yeni imkanlar, yaşıl bacarıqların inkişafı və iqlim tədqiqatlarının dəstəklənməsi istiqamətindəki təşəbbüslərdən bəhs edib. AzMİU-nun bu istiqamətlərdəki fəaliyyəti tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.

Konqres çərçivəsində “THE Impact Rankings 2026”nın ilkin nəticələri də açıqlanıb. Bu reytinqdə iştirak və təqdim olunan göstəricilər AzMİU-nun dayanıqlı inkişaf üzrə strategiyasının beynəlxalq tanınmasına mühüm töhfə verir.

Səfər çərçivəsində universitet rəhbərliyi Türkiyənin müxtəlif ali təhsil müəssisələrinin rektorları ilə keçirilən dəyirmi masa formatlı görüşlərdə də iştirak edib, təcrübə və perspektivlər müzakirə olunub.

Qeyd edək ki, AzMİU-nun Qlobal Dayanıqlı İnkişaf Konqresində iştirakı universitetin beynəlxalq nüfuzunun artmasına, elmi-tədqiqat əməkdaşlıqlarının genişlənməsinə və dayanıqlı inkişaf üzrə strateji mövqeyinin güclənməsinə xidmət edir. Ali təhsil müəssisəsi tədqiqat yönümlü, innovasiya əsaslı və açıq beynəlxalq əməkdaşlıq modelinə əsaslanan universitet kimi mövqeyini daha da möhkəmləndirməkdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri