Icma.az
close
up
RU
AzMİU “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə fəal iştirak edib FOTO

AzMİU “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə fəal iştirak edib FOTO

Icma.az bildirir, Unikal.az portalına istinadən.

16–19 iyun 2025-ci il tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində “Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə iştirak edib.

"Unikal" xəbər verir ki, konqresdə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbər heyəti ilə yanaşı, Azərbaycanın 12 aparıcı ali təhsil müəssisəsi də təmsil olunub. Universitetlər dayanıqlı inkişaf sahəsində əldə etdikləri nailiyyətləri beynəlxalq auditoriyaya təqdim etmək imkanı qazanıblar. AzMİU bu tədbirdə xüsusi pavilyonla iştirak edərək, universitetdə həyata keçirilən ekoloji yanaşmalar, iqlimə uyğunlaşdırılmış tədris və tədqiqat təşəbbüsləri, yaşıl bacarıqların formalaşdırılması istiqamətindəki fəaliyyətlərini nümayiş etdirib.

Konqresin ilk günü keçirilən sərgi zamanı AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bir sıra strateji əhəmiyyətli görüşlər keçirib. Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, Elm və Təhsil naziri Emin Əmrullayev və bir çox ölkənin ali məktəb rəhbərləri AzMİU-nun stendinə baxış keçirərək, universitetin dayanıqlı inkişaf sahəsində təşəbbüsləri ilə tanış olublar.

Sərgi çərçivəsində AzMİU ilə Ankara Universiteti arasında “Orhun Mübadilə Protokolu” imzalanıb. Rektor Gülçöhrə Məmmədova və Ankara Universitetinin rektoru professor Necdet Ünüvar arasında imzalanan bu sənəd türk dünyası ali təhsil məkanında tələbə və müəllim mübadiləsini təşviq edir, birgə tədris və elmi tədqiqat layihələrinin inkişafına şərait yaradır. Bu protokol AzMİU-nun beynəlxalq əlaqələrinin coğrafi miqyasını daha da genişləndirir.

Bununla yanaşı, AzMİU nümayəndə heyəti ilə Gebze Texniki Universitetinin rektoru professor Hacı Əli Mantar arasında keçirilən görüşdə elmi-tədqiqat sahəsində mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Konqresdən sonra AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova və Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə Gebze Universitetində keçirilən ardıcıl görüşlərdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

İstanbul Texniki Universitetinin (İTU) rektoru professor Hasan Mandal ilə keçirilən görüş də xüsusi əhəmiyyət daşıyıb. Görüşdə AzMİU və İTU arasında 24–25 iyun 2025-ci il tarixlərində Bakıda keçiriləcək “İnşaatın Müasir Problemləri” (MCEP 2025) adlı beynəlxalq konfransın təşkili və tədqiqat əməkdaşlıqlarının inkişafı məsələləri müzakirə olunub.

Atatürk Universitetinin rektoru professor Ahmet Hacımüftüoğlu ilə də görüş keçirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

İyunun 17-də keçirilən konqresin rəsmi açılış mərasimində Azərbaycanın 50 nəfərlik nümayəndə heyəti iştirak edib. Elm və Təhsil naziri Emin Əmrullayev çıxış edərək, ölkəmizin COP29-a ev sahibliyi etməsindən sonra elm və təhsil sahəsində yaranmış yeni imkanlar, yaşıl bacarıqların inkişafı və iqlim tədqiqatlarının dəstəklənməsi istiqamətindəki təşəbbüslərdən bəhs edib. AzMİU-nun bu istiqamətlərdəki fəaliyyəti tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.

Konqres çərçivəsində “THE Impact Rankings 2026”nın ilkin nəticələri də açıqlanıb. Bu reytinqdə iştirak və təqdim olunan göstəricilər AzMİU-nun dayanıqlı inkişaf üzrə strategiyasının beynəlxalq tanınmasına mühüm töhfə verir.

Səfər çərçivəsində universitet rəhbərliyi Türkiyənin müxtəlif ali təhsil müəssisələrinin rektorları ilə keçirilən dəyirmi masa formatlı görüşlərdə də iştirak edib, təcrübə və perspektivlər müzakirə olunub.

Qeyd edək ki, AzMİU-nun “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə iştirakı universitetin beynəlxalq nüfuzunun artmasına, elmi-tədqiqat əməkdaşlıqlarının genişlənməsinə və dayanıqlı inkişaf üzrə strateji mövqeyinin güclənməsinə xidmət edir. Ali təhsil müəssisəsi tədqiqat yönümlü, innovasiya əsaslı və açıq beynəlxalq əməkdaşlıq modelinə əsaslanan universitet kimi mövqeyini daha da möhkəmləndirməkdədir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 İyun 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri