Icma.az
close
up
RU
AzMİU tələbələri narazıdırlar: Təqaüdlər gecikir, bufetdə qiymətlər cib yandırır

AzMİU tələbələri narazıdırlar: Təqaüdlər gecikir, bufetdə qiymətlər cib yandırır

Sonxeber.az saytına istinadən Icma.az xəbər verir.

AzMİU tələbələri narazıdırlar: Təqaüdlər gecikir, bufetdə qiymətlər "cib yandırır"

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri təqaüdlərinin gec verilməsindən və universitet bufetində qiymətlərin baha olduğundan şikayət edirlər.

Oxu.Az xəbər verir ki, bununla bağlı paylaşım sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.

Qeyd olunub ki, dekabr ayı olmasına baxmayaraq, hələ də noyabr ayının təqaüdləri verilməyib. Təhsil müəssisəsinin bufetində isə qiymətlər digər universitetlərlə müqayisədə çox bahadır.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən AzMİU-nun PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev hər iki şikayətə aydınlıq gətirib.

O qeyd edib ki, digər ali təhsil müəssisələrində olduğu kimi, AZMİU-da da tələbələrə təqaüd dövlət tərəfindən verilir.

"Proses belədir ki, Elm və Təhsil Nazirliyi tərəfindən təqaüdlər universitetin büdcəsinə, universitet tərəfindən isə tələbələrin kartlarına köçürülür. Təəssüf ki, noyabr ayının təqaüdlərinin universitet büdcəsinə köçürülməsində gecikmələr olduğu üçün tələbələr noyabr ayı üçün təqaüdlərini ala bilmirdilər. Lakin ötən gün, yəni 11 dekabr tarixində, təqaüdlər tələbələrin hesablarına köçürülüb. Düşünürəm ki, bir neçə saat ərzində tələbələr təqaüdlərini ala biləcəklər", - deyə N.Abdullayev bildirib.

Bufetdəki qiymətlərin digər universitetlərlə müqayisədə daha yüksək olmasına gəlincə isə N.Abdullayev vurğulayıb ki, bufetdə qiyməti təyin etmək və ya nizamlamaq universitetin səlahiyyətində olan məsələ deyil:

"Bufetdəki qiymətə gəlincə, ilk olaraq qeyd edim ki, universitetimizə məxsus üç tədris korpusunun ümumilikdə yeddi bufeti var. Bu bufetlər hamısı İqtisadiyyat Nazirliyi tərəfindən təhsil müəssisələrində iaşə xidməti göstərmək üçün lisenziyası olan şirkətlərlə universitetin arasında bağlanan müqavilə əsasında məhz həmin şirkətlər tərəfindən idarə olunur.

Mütəmadi olaraq universitetimiz və aidiyyəti dövlət qurumları tərəfindən bufetlərdə yoxlamalar aparılır, qiymətlər hər zaman diqqətdə saxlanılır.

Hazırda mövcud olan qiymətlər isə bazar tələblərinə uyğundur. Yeməkdən sonra çayın verilməsi ümumiyyətlə pulsuzdur. Bir daha qeyd etmək istərdim ki, bufetdəki qiymətlərlə bağlı biz universitet olaraq, sadəcə, tövsiyə verə bilərik. Yəni bizim elə bir səlahiyyətimiz yoxdur ki, hansısa şirkətə deyək ki, məhsulunu bu qiymətə sat və ya pulsuz ver.

Sonda bir şeyi də qeyd edim ki, ictimai təşkilatlar vasitəsilə hər ay təxminən 100 nəfərə yaxın tələbənin yemək pulunu universitet tərəfindən ödəyirik".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 12 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see338

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see151

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri