AzMİU tələbələri xaricdə təhsil və karyera imkanları barədə məlumatlandırılıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsində tələbələrin iştirakı ilə “Xaricdə təhsil və iş” mövzusunda görüş keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşün qonağı dünyanın aparıcı texnologiya şirkətlərindən birinin - “Amazon”un proqram təminatı mühəndisi, beynəlxalq təcrübəyə malik mütəxəssis Fərman Fərmanov olub.
İnteraktiv formada təşkil olunan görüşdə Fərman Fərmanov tələbələri xaricdə təhsil və karyera imkanları, dizayn ixtisasının sahələrinə daxil olan interyer dizaynı, qrafik dizaynı, mühit dizaynında informasiya texnologiyalarının imkanlarından istifadə, süni intellekt sahəsindəki yeni trendlər, bu trendlərin dizayna təsiri barədə məlumatlandırıb. O, beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssis olmaq üçün vacib hesab edilən bilik və bacarıqlardan danışıb, şəxsi təcrübələrini bölüşüb və tələbələrə faydalı tövsiyələr verib.
Görüş tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onların gələcək karyera inkişafı, qlobal əmək bazarına inteqrasiyası baxımından əhəmiyyətli bir təcrübə olub.
Qeyd edək ki, Fərman Fərmanov Mançester Universitetində kompüter elmləri üzrə bakalavr, Oksford Universitetində isə eyni ixtisas üzrə magistr təhsili alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 07 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















