AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi tələbələrin təhsil tələbə kreditləri barədə məlumatlılığını artırmaq, onların ali təhsil imkanlarından daha səmərəli yararlanmalarına dəstək göstərmək olub.
Tədbirdə çıxış edən TTKF-nin Təhsil müəssisələri ilə iş şöbəsinin əməkdaşı Kifayət Lələzadə tələbələrə təhsil tələbə krediti barədə ətraflı məlumat verib. O, fondun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditlərinin verilmə şərtləri, müraciət qaydaları və kreditlərdən yararlanmaq imkanları haqqında danışıb.
Görüş zamanı tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və təhsil tələbə kreditlərinin əlçatanlığının artırılması məsələlərinə toxunulub. Həmçinin TTKF-yə müraciət prosesi və tələb olunan sənədlərlə bağlı da tələbələrə ətraflı məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 13 Oktyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















