Icma.az
close
up
RU
AzMİUnun bu jurnalı beynəlxalq bazaya daxil edilib FOTO

AzMİUnun bu jurnalı beynəlxalq bazaya daxil edilib FOTO

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı ICI Journals Master List 2023-ə daxil edilib.

"Unikal" xəbər verir ki, bu, jurnala beynəlxalq səviyyədə elmi nüfuz qazandırmaqla yanaşı, onun daha geniş auditoriyaya çatmasına və tanınmasına şərait yaradır.

Index Copernicus International (ICI) tərəfindən yayılan məlumatda bildirilir ki, “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı (ISSN: 2519-2507) 2023-cü il üzrə qiymətləndirmə prosesindən uğurla keçərək, ICI Journals Master List bazasında yer alıb. Jurnalın 2023-cü ildəki fəaliyyəti əsasında onun parametrlər üzrə güc göstəricisi (ICV indeksi) hesablanıb və ICV 2023 göstəricisi 50.57 olaraq müəyyən edilib. Bu göstərici, jurnalın elmi səviyyəsi və məzmun keyfiyyətinin beynəlxalq standartlara uyğun olduğunu təsdiq edir.

Bununla yanaşı, jurnalın “My Journals” bölməsində hər bir qiymətləndirmə kriteriyası üzrə əldə olunan xalları əks etdirən ətraflı qiymətləndirmə hesabatı təqdim olunub. Bu hesabat, jurnalın müxtəlif meyarlar üzrə elmi və texniki keyfiyyətini təhlil etməklə redaksiya heyətinə inkişaf sahələrini müəyyənləşdirməkdə kömək edir.

Jurnalın beynəlxalq nüfuzunu daha da artırmaq məqsədilə Web of Science (Emerging Sources Citation Index), Scopus, DOAJ və ERIH Plus kimi beynəlxalq bazalarda indeksasiya potensialının araşdırılması üçün xüsusi xidmətlər də təklif olunur. Bu xidmət çərçivəsində jurnala uyğun inkişaf strategiyası hazırlanır və onun beynəlxalq elmi bazalara daxil olması üçün tələb olunan addımların siyahısı təqdim edilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər, jurnalı daha geniş elmi ictimaiyyətə tanıtmaq və onun elmi səviyyəsini daha da artırmaq məqsədi daşıyır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Noyabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see243

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see191

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see175

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see132

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see123

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri