Icma.az
close
up
RU
“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“McLaren”in pilotu Lando Norris karyerasında ilk çempionluq titulunu qazandığı “Formula 1” 2025-ci il mövsümü haqqında danışıb.

İdman.Biz xəbər verir ki, Norris BBC-yə müsahibəsində onu çempionluğa aparan yoldan bəhs edib.

“Bəzən özümə o qədər də güvənmirdim. Elə vaxtlar olurdu ki, Oskar məndən daha yaxşı çıxış edirdi, məndə isə o qədər də alınmırdı. Zamanla düşünürdüm ki, bəlkə də onlar məndən daha yaxşıdırlar, bəlkə də məndən daha sabit olmağa qadirdirlər, maşından daha çox şey əldə edə bilərlər. Bəzən qalib gəlməyin sadəcə mümkün olmadığını düşünürdüm. Mən səhv etdiyimi, bunu edə biləcəyimi sübut etməli idim. Özümü eqoist adam adlandırmazdım, amma belə olmaq lazım gəldiyini başa düşdüm. Daha yaxşı və güclü olmaq üçün buna ehtiyacım var.

Mövsümün əvvəlində maşından maksimum dərəcədə faydalana bilmirdim, çünki keçən illə müqayisədə çox dəyişmişdi. İçimdəki bir şey mənə kifayət qədər yaxşı olmadığımı deyirdi.

“Formula-1”də çox şey görmüş Andrea Stella mənə kömək etdi. O, mənə dedi ki, başqalarından daha çox şey tələb etməli, bu və ya digər şeyə daha çox ehtiyacın olduğunu deməli, onlardan kömək istəməlisən. Öhdəsindən gələ bilmədiyim o anlarda bu, sadəcə ağlıma gəlmirdi. Həmişə öz-özümdən niyə alınmadığını soruşurdum. Belə anlarda çox məyus olurdum. Çempionluq şansımın olduğunu bilirdim və əgər bir şey alınmasa, sadəcə təslim ola bilməzdim. Bu, çox xoşagəlməz hissdir və bir anda mənfi spirala çevrildi. Daha effektiv mental yanaşmaya nail olmaq üçün “Formula-1”dən kənardakı insanlarla çox çalışdım. Və bu, mənə istədiyim kimi sürməyə kömək etdi. Bu məni təkcə daha sürətli etmədi, sadəcə mənə həqiqətən bacardığım şəkildə sürməyə imkan verdi”, - Norris bildirib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Dekabr 2025 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri