“Azpulmat”ın işçiləri kontaktımdakı nömrələrə icazəsiz zəng edir” Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vətəndaşlardan biri sosial şəbəkədə video paylaşaraq “Azpulmat” əməkdaşlarından şikayət edib.
“Qafqazinfo” xəbər verir ki, şikayətçi kredit təşkilatının onun qohumlarına qanunsuz zəng etdiyini iddia edib.
Həmin vətəndaşın sözlərinə görə, kredit borcu ilə bağlı “Azpulmat” əməkdaşları onun telefonunun qeydiyyat kitabçasındakı şəxslərə zəng edərək bank sirrini pozub: “Mənim ödəmə imkanım yoxdursa, məhkəməyə verin. Nəyə görə telefonumun kontaktındakı nömrələrə zəng edərək məni biabır edirsiniz?”
Məsələ ilə bağlı “Azpulmat”dan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən şəxsin iddiaları əsassızdır: “Videomaterialda qeyd olunan telefon nömrələri BOKT “AZPUL” MMC-yə məxsus deyil, Cəmiyyətin adında qeydiyyatda deyildir və onun istifadəsində olmamışdır. Cəmiyyət həmin nömrələrdən hər hansı zəng həyata keçirməmiş və onların istifadəsi üçün texniki imkanlara malik deyildir. Bu hallar videomaterialda təqdim olunan məlumatların həqiqətə uyğun olmadığını təsdiq edir.
Bundan əlavə, tətbiq edilən faiz dərəcələri və digər kredit şərtləri qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə tam uyğundur. O cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 15 noyabr 2024-cü il tarixli № 46/2 qərarı ilə təsdiq edilmiş “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”, Azərbaycan Respublikasının “Bank olmayan kredit təşkilatları haqqında” Qanunu, eləcə də Mərkəzi Bankın digər qüvvədə olan normativ hüquqi aktları rəhbər tutulub. Kredit müqaviləsinin bütün şərtləri, o cümlədən borc məbləği, faiz dərəcəsi və digər əsas göstəricilər müqavilədə tam əks olunmuşdur və müştəri həmin müqavilə ilə tanış olaraq onu müəyyən edilmiş qaydada imzalayıb.
Videoda qeyd olunan faktların təsdiqini tapmaması nəzərə alınaraq, Cəmiyyət öz işgüzar nüfuzunu və qanuni maraqlarını qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır”.
Baxış sayı:157
Bu xəbər 18 May 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















