“Azsaylı xalqların folkloru” seriyasından növbəti kitab çapdan çıxıb AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 17 dekabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Azsaylı xalqların folkloru” seriyasından VI kitab çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda təqdim olunan folklor örnəkləri Azərbaycan Elm Fondunun (keçmiş Elmin İnkişafı Fondu) maliyyə dəstəyi ilə 2017-2018-ci illərdə həyata keçirilmiş “Folklorda azərbaycançılıq və multikulturalizm” layihəsi çərçivəsində toplanılıb. Layihə azərbaycançılıq və multikulturalizmin folklor qaynaqlarını müəyyənləşdirmək, Azərbaycanda yaşayan xalqları birləşdirən ortaq mədəni dəyərləri tapıb üzə çıxarmaq məqsədi daşıyıb. Bunun üçün Zaqatala, Balakən, Quba, Qusar, Lənkəran və Masallı rayonlarına ezamiyyələr təşkil olunub. Həmin rayonlarda məskunlaşmış azsaylı xalqların nümayəndələri ilə görüşlər keçirilib.
Layihənin icrası nəticəsində müəyyən edilib ki, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan xalqları ortaq vətən, dil, tarix və mədəniyyət birləşdirir. Bu anlayışlar həm də azərbaycançılıq məfkurəsinin əsasını təşkil edən elementlərdir. Azərbaycan ərazisində yaşayan hər bir xalq bu ölkəni özünün doğma vətəni sayıb, onun inkişafı üçün çalışıb, uğrunda vuruşub və şəhid verib. Bu xalqlar Azərbaycan dilini öz doğma dilləri qədər mənimsəyib, bu dildə yazıb-yaradıb, gözəl əsərlər ərsəyə gətiriblər.
Kitaba saxur, avar, talış və ləzgilərdən toplanmış folklor nümunələri daxil edilib. Materiallar İlkin Rüstəmzadə, Afaq Ramazanova, Qalib Sayılov, Mətanət Yaqubqızı və Ləman Vaqifqızı tərəfindən toplanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 17 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















