Icma.az
close
up
RU
“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Martın 3-də dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress”də (MWC) “Aztelekom” MMC-yə “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatı təqdim edilib.

"Unikal" xəbər verir ki, bu nüfuzlu mükafat rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən verilib.

Mükafatlandırma İspaniyanın Barselona şəhərində keçirilən “Green All-optical Network Forum 2025” forumu çərçivəsində “Aztelekom”un nümayəndə heyəti ilə görüş zamanı baş tutub.

Mükafat “Aztelekom” MMC-yə ev təsərrüfatları üçün genişzolaqlı internet xidmətlərinin 100 Mbit/s-dən 1 Gbit/s-yə yüksəldilməsi, prosesin uğurla kommersiyalaşdırılması üzrə sektora nümunə olduğuna görə təqdim edilib. Həmçinin “Aztelekom”un genişmiqyaslı 10G PON texnologiyasını tətbiq edərək gələcəkdə 50G PON-a keçid üçün möhkəm təməl qoyması, müştəri təcrübəsini yaxşılaşdırması və yerli bazarlarda xidmətlərin inkişafına istiqamət vermək məqsədilə innovativ genişzolaqlı internet paketləri təqdim etdiyi üçün təltif edilib.

Qeyd edək ki, hər il təqdim edilən mükafat ev təsərrüfatlarının genişzolaqlı internetlə təmin edilməsinin inkişafı və istifadəçi təcrübələrinin yaxşılaşdırılması sahəsində fəaliyyəti ilə fərqlənən bir neçə şirkətə təqdim edilir. Bu il “Aztelekom” MMC ilə yanaşı, mükafata “Algeria Telecom” (Əlcəzair), “ZEOP” (Fransa), “China Telecom” (Çin), “Hong Kong Telecom” (Çin) şirkətləri də layiq görülüb. 

Məlumat üçün bildirək ki, bu mükafat ölkəmizdə ilk dəfə məhz “Aztelekom” şirkətinə təqdim edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Mart 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri