“Aztelekom” ev təsərrüfatlarının genişzolaqlı internetə qoşulması təcrübəsi ilə bağlı beynəlxalq mükafatla təltif edilib
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress”də (MWC) “Aztelekom” MMC-yə “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatı təqdim edilib.
Newscenter.az xəbər verir ki, bu nüfuzlu mükafat rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən verilib.
Mükafatlandırma İspaniyanın Barselona şəhərində keçirilən “Green All-optical Network Forum 2025” forumu çərçivəsində “Aztelekom”un nümayəndə heyəti ilə görüş zamanı baş tutub.
Mükafat “Aztelekom” MMC-yə ev təsərrüfatları üçün genişzolaqlı internet xidmətlərinin 100 Mbit/s-dən 1 Gbit/s-yə yüksəldilməsi, prosesin uğurla kommersiyalaşdırılması üzrə sektora nümunə olduğuna görə təqdim edilib. Həmçinin “Aztelekom”un genişmiqyaslı 10G PON texnologiyasını tətbiq edərək gələcəkdə 50G PON-a keçid üçün möhkəm təməl qoyması, müştəri təcrübəsini yaxşılaşdırması və yerli bazarlarda xidmətlərin inkişafına istiqamət vermək məqsədilə innovativ genişzolaqlı internet paketləri təqdim etdiyi üçün təltif edilib.
Qeyd edək ki, hər il təqdim edilən mükafat ev təsərrüfatlarının genişzolaqlı internetlə təmin edilməsinin inkişafı və istifadəçi təcrübələrinin yaxşılaşdırılması sahəsində fəaliyyəti ilə fərqlənən bir neçə şirkətə təqdim edilir. Bu il “Aztelekom” MMC ilə yanaşı, mükafata “Algeria Telecom” (Əlcəzair), “ZEOP” (Fransa), “China Telecom” (Çin), “Hong Kong Telecom” (Çin) şirkətləri də layiq görülüb.
Məlumat üçün bildirək ki, bu mükafat ölkəmizdə ilk dəfə məhz “Aztelekom” şirkətinə təqdim edilib.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:“Aztelekom” beynəlxalq mükafatla təltif edilib
17 Mart 2025 14:45
“Aztelekom” beynəlxalq assosiasiyaya qoşuldu
21 Oktyabr 2025 10:13
“Aztelekom”: Qarabağda 3500 dən artıq ev təsərrüfatı genişzolaqlı internetdən istifadə edir
10 Mart 2025 12:22
“Aztelekom” beynəlxalq sammitdə iştirak edəcək
22 May 2025 10:04
“Aztelekom” 2 beynəlxalq mükafata layiq görüldü
28 Oktyabr 2025 11:23
Baxış sayı:111
Bu xəbər 17 Mart 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















