Icma.az
close
up
RU
“Aztelekom” bu təcrübəsini beynəlxalq forumda təqdim etdi

“Aztelekom” bu təcrübəsini beynəlxalq forumda təqdim etdi

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC  Barselona şəhərində keçirilən və dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress” (MWC) çərçivəsində  baş tutan “Digital Economy Development Forum 2026” beynəlxalq tədbirində təmsil olunub.

"Unikal" xəbər verir ki, forum rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt, yüksəksürətli internet infrastrukturu və dövlət-özəl sektor tərəfdaşlığı mövzularına həsr edilib. Müxtəlif ölkələrdən hökumət nümayəndələri, sənaye liderləri və texnologiya şirkətlərinin təmsilçiləri qlobal rəqəmsal transformasiyanın prioritet istiqamətlərini müzakirə ediblər.

Tədbirdə “Aztelekom”u təmsil edən Kommersiya departamentinin direktoru Fərid Salamov  dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin nəticələri barədə çıxış edib.

-Bildirilib ki, 2021-ci ildə ölkədə fiber-optik genişzolaqlı internetlə əhatə səviyyəsi cəmi 9% idi və orta internet sürəti 12 Mbit/s təşkil edirdi. “Onlayn Azərbaycan” layihəsi nəticəsində   -ölkə üzrə fiber-optik şəbəkənin əhatə dairəsinin, demək olar ki, 100%-ə çatdığı, 3 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanının təmin olunduğu və orta internet sürətinin 90 Mbit/s-yə yüksəldiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, layihənin əsas operatorlarından biri olan “Aztelekom” artıq müştərilərinə 150 Mbit/s-dən yuxarı sürət paketləri təqdim edir.

Vurğulanıb ki, layihənin nəticələri Azərbaycanın qlobal rəqəmsal reytinqlərində də öz əksini tapıb. Belə ki, ölkənin “Ookla”nın qlobal reytinqində 40 pillə irəliləyərək 81-ci yerə yüksəldiyi, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində isə 9 pillə irəlilədiyi bildirilib.

Qeyd edək ki, “Aztelekom” “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın icrasına dəstək verməklə qlobal platformalarda fəal iştirakını davam etdirir. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Mart 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri