Icma.az
close
up
RU
Aztelekom” MMC başkəsənlik edir SAMAXI SAKİNİNDƏN ÖLKƏ BAŞÇISINA MÜRACİƏT

Aztelekom” MMC başkəsənlik edir SAMAXI SAKİNİNDƏN ÖLKƏ BAŞÇISINA MÜRACİƏT

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şamaxı rayonu, Yenikənd kənd sakini Mustafayev Ağasəf Azad oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Aztelekom” MMC abonentlər arasında ayrı-seçkilik edir. Bu səbəbdən, Prezident İlham Əliyevə müraciət edən A.Mustafayevin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Hər kəsə bəllidir ki, kəndlərdə şərait yoxdur, işsizlik hökm sürür. Son illərədə görürük ki, rayonda və kənddə adam qalmayıb. Hər kəs Bakı şəhərinə axın edir. Əvvəllər kənddə internet sistemi də yox idi. Kənd camaatı olaraq sevindik ki, bizim kəndə də internet çəkilir. Əvvəllər qiymətlər münasib idi. İndi isə dəhşət bahalaşıb. “Aztelekom” MMC-də aylıq ödəniş 27 manatdır. Pensiyanın miqdarı da hər kəsə bəllidir, yemək, iynə dərman və kommunal xərcləri ancaq ödəyir.

Qonşularımızın bir çoxu dedi ki, biz gedib müraciət etdik, internetin qiymətini aşağı saldılar. Belə aydın oldu ki, aylıq 27 manatdan 23 manata endiriblər. Mən də Mərkəzi Poçta gedərək ərizə ilə müraciət etdim. Cavab olaraq bildirdilər ki, sizə də güzəşt olundu, ödənişiniz 23 manata endirildi.

Bir neçə ay bundan əvvələdək pensiyalarımız hər ayın 15-də kartlara köçürülürdü. İndi isə hər ayın 28-də ödənilir. Pensiya gecikdi deyə mən də internet ödənişini 1 həftə gecikdirdim. Pulu alandan sonra 23 manat ödəniş etdim, internet açılmadı. Məcbur qalıb, qalan hissəni də ödədim.

Yenidən poçta gedib etirazımı bildirdim. Ordan dedilər ki, bizlik heç nə yoxdur, Bakıdan sizə icazə verilməyib. Çoxsaylı şikayətlər olmağına baxmayaraq, “Aztelekom” MMC "toxunulmazlığını" qoruyub saxlayır. Dərdimizi kimə, hara deyək, bilmirik.

Qeyd edim ki, bu problem yalnız mənə aid deyil. Mənim kimi əziyyət çəkən çox sayda pensiyaçı var.

Cənab Prezident!

Qeyd edim ki, internet provayderlərinin arasında ən "başkəsəni" məhz “Aztelekom” MMC-dir. Xahiş edirik, bu haqda tədbir görün".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mğvqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Mart 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri