Icma.az
close
up
RU
Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT

Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Raman Sədrəddinov haqsız yerə həbs olunduğunu iddia edir

Siyəzən şəhəri, M.Füzui küçəsi, ev 39-da yaşayan Sədrəddinov Raman Nadir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli İnam Kərimov!

Məlumat üçün diqqətinizə çatdırmaq istəyirəm ki, Siyəzən Məhkəməsinin 2(059)-63/2021 və 8(059)-3/2024 nömrəli qətnamələrinə uyğun olaraq Siyəzən rayon İcra və probasiya şöbəsinin icraatında olan işə əsasən, cavabdehlər Sədrəddinov Raman Nadir oğlundan və Sədrəddinov Kamil Nadir oğlundan müştərək qaydada (hər birindən təqribən 6500 manat) zərərin əvəzi tutularaq, iddiaçı Məmmədov Vüqar Əzizulla oğluna ödənilməlidir.

Bildirmək istəyirəm ki, ailəliyəm, himayəmdə yetkinlik yaşına çatmamış 2 məktəbli övladımla birlikdə 4 nəfərdən ibarət ailə üzvüm var. Kirayədə yaşayaraq, işsizəm və ailədə işləyib gəlir gətirən və ya pensiya, müavinət alan yoxdur. Yalnız günəmuzd işlərdə işləməklə 15-20 manat, aylıq təqribən 450-500 manat civarında qeyri-sabit pul qazanmaqla, məktəbli övladlarımın təhsili və ailə üzvlərimin yaşaması üçün gündəlik ərzaq və ev-kirayə pulunu təmin edirəm. Maddi imkanım çatdıqca aybaay müxtəlif məbləğlərdə ödənişlər edərək, sözügedən məhkəmə qətnaməsini də yerinə yetirirəm.

Onu da qeyd edim ki, mülkiyyətimdə heç bir əmlak yoxdur. Əks halda, satıb borcumu birdəfəlik ödəyərdim.

Nəzərinizə çatdırıram ki, tələbkar Məmmədov Vüqar Əzizulla oğlunun adına Siyəzən rayon İcra və probasiya şöbəsində açılmış hesab nömrəsinə müxtəlif məbləğlərdə, müştərək qaydada tərəfimizdən 1000 manat, 300 manat, 200 manat məbləğində ümumilikdə 2000 manatdan artıq vəsait ödənilib. Ödənişlər tələbkar Məmmədov Vüqar Əzizulla oğlu tərəfindən götürülmədən, aylardır İcra və probasiya şöbəsinin xəzinəsində qalmışdır.

Tərəfimizdən dəfələrlə rəsmi ərizələrlə Siyəzən rayon məhkəməsinə və rayon İcra və probasiya şöbəsinə müraciət olunaraq, sözügedən borcu birdəfəlik ödəməyə maddi imkanımızın olmadığını bildirmişik. Xahiş etmişik ki, həmin borcun hissə-hissə, ayda 100-150 manat civarında ödənilməsi üçün qərar qəbul edilsin. Əfsuslar olsun ki, Siyəzən Rayon Məhkəməsinin sədri Bəylər Ələkbərov hələ 8 yanvar 2019-cu ildən bizə qarşı öz qərəzli əməllərini davam etdirərək, hər dəfə haqlı müraciətimizi təmin etməyərək, bu ana kimi, nəyin bahasına olursa-olsun bizdən intiqam almaq istəyir.

Bəylər Ələkbərovun diqtəsi altında Siyəzən rayon İcra və probasiya şöbəsinin icra məmuru Fərhadlı Tural Novruz oğlu 06.05.2025-ci il tarixində telefon vasitəsilə bizi Siyəzən rayon İcra və probasiya şöbəsinə çağıraraq, cavabdehlərə heç bir rəsmi xəbərdarlıq bildiriş məktubları göndərilmədiyi halda, özü tərtib etdiyi bir neçə sənədlərə oxumadan imza etdirdi. O, öz maddi marağına görə iddiaçı Məmmədov Vüqar Əzizulla oğlunun "sifarişi" ilə barəmizdə inzibati qanunsuz protokol tərtib edərək, bir icraatda birləşdirilən mülki işlə bağlı aybaay ödənişlər etməyimizə baxmayaraq, vəfat etmiş 11 yaşlı ailə üzvümüm "40" mərasiminə 3 gün qalmış məhkəmənin qərarı ilə ədalətsiz olaraq məni 10 sutka həbs etdirdi. Məni Siyəzən rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerində xəstə vəziyyətdə, demək olar ki, hər gün təcili yardımdan gələn həkimlərin göstərdiyi tibbi yardımla saxlayaraq, əzab-əziyyət vermişlər.

Odur ki, yuxarıda qeyd olunan faktların nəzarətiniz altında tam, hərtərəfli və obyektiv yoxlanılaraq, qanunamüvafiq təcili və təsirli tədbirlərin görülməsini Sizdən rica edirəm.

Öncədən Sizə öz təşəkkürümü bildirirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 İyul 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see394

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see351

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see316

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see310

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see286

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see265

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see255

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see224

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see203

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see202

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see201

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see186

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see186

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see164

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see158

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri