Icma.az
close
up
RU
“Aztelekom” MMC işdən çıxarılan əməkdaşları KONKRET

“Aztelekom” MMC işdən çıxarılan əməkdaşları KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Bir neçə gün əvvəl “Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya qovşağında çalışan əməkdaşlar maaşlarının uzun illərdir artırılmamasından şikayət edirdilər. Redaksiyamıza ünvanlanan müraciətdən və problemin işıqlandırılmasından sonra, həmin əməkdaşlar üçün vəziyyət daha da qəlizləşdi. Belə ki, qurumun əməkdaşları redaksiyamıza yenidən müraciət edərək anidən imtahan olunduqlarını və bu adla işdən çıxarıldıqlarını bildirdilər. 

“20 dəqiqəlik görüşdə bizə sadəcə suallar verdilər. Halbuki bu, test şəklində imtahan deyildi. Yeni avadanlıqlarla bağlı biliklər tələb olundu, amma bizə həmin texnikalarla bağlı heç bir təlim keçirilməmişdi. Sonra da bildirildi ki, texniklərə ehtiyac yoxdur. Mən 29 ildir burada işləyirəm, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirmişəm. Hazırda tək anayam və banklara borcluyam. Necə olur ki, illərlə işləyən əməkdaşlara indi ‘siz lazım deyilsiniz’ deyilir?”, – şikayət edən vətəndaşlar bildiriblər. Eyni zamanda işdən çıxarılanlar arasında şəhid ailələrinin də olduğunu qeyd ediblər.

Məsələ ilə bağlı “Aztelekom” MMC-dən KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 14 may2025-ci il tarixində Sumqayıt Telekommunikasiya Qovşağı yenidən təşkil olunaraq “Aztelekom” MMC-yə qoşulub. Bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri prosedurlar icra edilməkdədir:

“Yenidən təşkil çərçivəsində “Aztelekom” MMC-yə qoşulmuş müəssisənin işçiləri ilə ilkin fərdi görüşlərin ardından müvafiq vəzifələr üzrə diaqnostik qiymətləndirmələrin keçirilməsi planlaşdırılır. Sözügedən proses zamanı əməkdaşların hüquq və imtiyazlarının tam qorunması təmin olunur. Bundan əlavə qeyd edək ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi “Aztelekom” MMC-nin korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətlərindən biridir və diqqət mərkəzində saxlanılır. Belə ki, qeyd olunan prosedurların icrası zamanı da qanunvericiliyin tələblərinə riayət edilməklə şəhid ailələrinin üzvlərinə xüsusi diqqət göstərilir”, – qurumdan vurğulanıb.

Ümid edirik ki, vətəndaşların iş və sosial təminat hüququnu nəzərə alan sözügedən qurum işdən çıxarılan əməkdaşları yenidən öz vəzfələrinə qaytaracaq və məsələ müsbət həllini tapacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:375
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri