İşdən çıxarılan USAID əməkdaşları Vaşinqtonda etiraz aksiyası keçiriblər
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işdən çıxarılan əməkdaşları və HİV/AİDS-ə qarşı mübarizə aparan fəallar Vaşinqtondakı Kapitoli binasında etiraz aksiyası keçiriblər.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Etiraz aksiyası Tramp administrasiyasının USAID-in ölkə və xaricdəki əməkdaşlarının demək olar ki, hamısının ödənişli məzuniyyətə göndərilməsi qərarı fonunda təşkil edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, nümayişin dayandırılması tələblərini pozan 20-yə yaxın şəxs saxlanılıb. Etirazçılar "Konqres məsuliyyət daşıyır – yardımı dərhal bərpa edin!" şüarları səsləndirərək qanunvericiləri HİV-lə mübarizə üçün xarici yardımın maliyyələşdirilməsinin bərpası istiqamətində təcili tədbirlər görməyə çağırıblar.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 27 Fevral 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















