Icma.az
close
up
RU
AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziya universitetlərində olub

AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziya universitetlərində olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziyaya səfər edib. Nümayəndə heyətində AzTU-nun elm və innovasiyalar üzrə prorektoru professor Sübhan Namazov və Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov təmsil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi AzTU ilə İndoneziyanın aparıcı ali təhsil müəssisələri arasında elmi-tədqiqat, tədris və innovasiya sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi, eləcə də bu istiqamətdə anlaşma memorandumlarının imzalanması olub.

Səfər çərçivəsində nümayəndə heyəti İndoneziya Universiteti, Cakarta Dövlət Universiteti, Atma Jaya Katolik Universiteti və BINUS Universitetinə baş çəkib. Görüşlər zamanı universitetlər arasında elmi və akademik əməkdaşlıq imkanları geniş müzakirə olunub. Müzakirələr zamanı hər bir universitetin prioritet fəaliyyət istiqamətləri nəzərə alınaraq konkret əməkdaşlıq sahələri müəyyənləşdirilib və gələcəkdə birgə layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İndoneziya Universitetində keçirilən görüş zamanı professor Vilayət Vəliyev AzTU-nun beynəlxalq tərəfdaşlıqlar çərçivəsində ortaq elmi layihələr, tələbə və müəllim mübadiləsi, eləcə də birgə elmi konfrans və seminarların təşkili kimi sahələrə xüsusi önəm verdiyini vurğulayıb. İndoneziya Universitetinin rektoru professor Heri Hermansyah və prorektorlar da bu təşəbbüsləri müsbət qiymətləndirərək mühəndislik və informasiya texnologiyaları sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Görüşün sonunda tərəflər arasında qarşılıqlı anlaşma və əməkdaşlığı möhkəmləndirmək məqsədilə anlaşma memorandumu imzalanıb.

Cakarta Dövlət Universitetində keçirilən görüşdə birgə tədris proqramlarının reallaşdırılması, mühəndislik ixtisasları üzrə tədris texnologiyalarının təkmilləşdirilməsi, ortaq tədqiqatların təşkili və təcrübə proqramlarının hazırlanması məsələləri ətraflı müzakirə olunub. Görüşdə AzTU-nun rektoru professor Vilayət Vəliyev və Cakarta Dövlət Universitetinin rektoru professor Komaruddin M.Si iştirak ediblər. Tərəflər bu istiqamətdə əməkdaşlıq etmək barədə razılığa gəliblər və əlaqələr anlaşma memorandumu ilə rəsmiləşdirilib.

Səfər çərçivəsində nümayəndə heyəti İndoneziyanın iki aparıcı özəl ali təhsil müəssisəsi olan Atma Jaya Katolik Universiteti və BINUS Universitetində də olub. Atma Jaya Katolik Universitetində tədris və innovasiya potensialı ilə yaxından tanışlıq olub, xüsusilə startap yönümlü tədqiqatlar və birgə layihələr barədə geniş fikir mübadiləsi aparılıb.

BINUS Universitetində isə süni intellekt, rəqəmsal transformasiya və elmi-tədqiqatların kommersiyalaşdırılması sahəsində təcrübə öyrənilib. Tərəflər BINUS-un qabaqcıl tədqiqat platformasının AzTU-da tətbiqi imkanlarını nəzərdən keçirərək qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər. Görüşün sonunda universitetlər arasında anlaşma memorandumu imzalanıb.

Səfər zamanı rektor professor Vilayət Vəliyev AzTU-nun beynəlxalq elmi-tədqiqat, tədris və innovasiya sahəsində tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və dünya elm məkanına inteqrasiya olunması istiqamətində fəaliyyətlərinin artırılmasının, xüsusilə Asiya ölkələri ilə əməkdaşlığın AzTU-nun perspektiv strateji planında mühüm yer tutduğunu vurğulayıb. O, bu əməkdaşlıqların universitet üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri