Icma.az
close
up
RU
AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyanın aparıcı universitetlərində görüşlər keçirib

AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyanın aparıcı universitetlərində görüşlər keçirib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyaya səfər edib. Nümayəndə heyətində AzTU-nun elm və innovasiyalar üzrə prorektoru professor Sübhan Namazov və Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov təmsil olunub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Səfərin əsas məqsədi AzTU ilə Malayziyanın aparıcı universitetləri arasında elmi-tədqiqat, tədris və innovasiya sahələrində əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi olub.

Səfər çərçivəsində nümayəndə heyəti Malaya Universiteti, MARA Texnologiya Universiteti, Malayziya Milli Universiteti, Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti, İNTİ Beynəlxalq Universiteti və Beynəlxalq İslam Universiteti kimi qabaqcıl ali təhsil müəssisələrini ziyarət edib. Görüşlər zamanı universitetlərarası əməkdaşlıq imkanları, xüsusilə mühəndislik, informasiya texnologiyaları, innovasiya və beynəlxalq reytinqlər sahəsində təcrübə mübadiləsi və birgə təşəbbüslər geniş şəkildə müzakirə olunub.

Malaya Universitetində keçirilən görüşdə professor Vilayət Vəliyev AzTU-nun beynəlxalq tərəfdaşlıq strategiyası çərçivəsində ortaq elmi layihələr, birgə təhsil proqramları, tələbə-müəllim mübadiləsi və beynəlxalq reytinqlərdə irəliləyişə yönəlmiş birgə fəaliyyətlərə xüsusi önəm verdiyini vurğulayıb. Tərəflər bu istiqamətdə əməkdaşlıq imkanlarını araşdırıblar.

Malayziya Milli Universiteti və MARA Texnologiya Universiteti ilə görüşlərdə mühəndislik sahəsində tədris texnologiyalarının təkmilləşdirilməsi, ortaq tədqiqatların aparılması, reytinq göstəricilərinin yüksəldilməsi üçün təcrübə mübadiləsi və innovativ layihələrin inkişafı müzakirə olunub. Hər iki universitetlə niyyət protokolu imzalanıb.

Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti ilə görüş zamanı süni intellekt, rəqəmsal transformasiya, texnologiyaların tətbiqi və beynəlxalq tanıtım sahəsində birgə layihələr və təşəbbüslər müzakirə olunub. Tərəflər arasında anlaşma memorandumu imzalanıb.

İNTİ Beynəlxalq Universiteti ilə keçirilən görüşdə isə birgə layihələrin həyata keçirilməsi, tələbə və akademik heyətin mübadiləsi, birgə konfrans və tədqiqat təşəbbüsləri ilə yanaşı, beynəlxalq reytinqlərdə qarşılıqlı dəstək imkanları müzakirə olunub.

Görüşün sonunda anlaşma memorandumu imzalanıb.

Beynəlxalq İslam Universiteti ilə keçirilən görüşdə də müxtəlif istiqamətlər üzrə, xüsusilə ortaq tədris proqramları, elm və innovasiya sahəsində əməkdaşlıq və beynəlxalq layihələrdə birgə iştirak imkanları müzakirə edilib.

Səfərin nəticəsi olaraq AzTU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və dünya elm məkanına inteqrasiyası istiqamətində mühüm addımlar atılıb. Professor Vilayət Vəliyevin rəhbərliyi ilə reallaşan bu səfər AzTU-nun beynəlxalq strategiyasının uğurlu icrasını təmin edir və gələcəkdə daha dərin, sistemli və reytinqə töhfə verən əməkdaşlıqlar üçün möhkəm zəmin yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri