“Azturk Holdinq” Fuçjoda yeni AI Mərkəzini açdı FOTO
Dogru.az saytına istinadən Icma.az xəbər verir.
“Azturk Holdinq” Çinin Fuçjou şəhərində yeni Süni İntellekt və İnnovasiya Araşdırma Mərkəzinin açıldığını elan edib.
Doğru.az xəbər verir ki, bu addım holdinqin Çinlə texnologiya və innovasiya sahəsində əməkdaşlığını dərinləşdirən mühüm təşəbbüslərdən biridir.
Açılış çərçivəsində şirkət rəhbərliyi, idarə heyətinin sədri Güləli Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Fuçjou Proqram Təminatı Parkı və Fuçjou Dəniz İqtisadiyyatı Elm və Texnologiya İnnovasiya Mərkəzində olub. Parkın rəhbərliyi qonaqlara infrastruktur, dəstək proqramları və kadr potensialı barədə məlumat verib. Daha sonra dəniz texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Səfər çərçivəsində mədəniyyət mübadiləsi də həyata keçirilib. Tanınmış xəttat Cen Quanqçin Güləli Bağırova “Əməkdaşlıq və Uyğun İnkişaf” mənasını verən kalliqrafiya əsəri təqdim edib.
Səfərin yekununda Güləli Bağırov bildirib:
“Fuçjodakı innovasiya ekosistemi bizi çox təsirləndirdi. Buradakı AI mərkəzimiz Çin, Azərbaycan və region arasında birgə innovasiya üçün körpü rolunu oynayacaq”.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 10 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















