Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

AzTV dəki 26 milyon məsələsi böyüyür Baş prokurorluq araşdırmaya başlayacaq?

AzTV dəki 26 milyon məsələsi böyüyür Baş prokurorluq araşdırmaya başlayacaq?

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verildiyi kimi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri açıqlanıb. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, audit nəticəsində “AzTV” QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manat) yol verildiyi müəyyən edilib. Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.

Xatırlatmaq yerinə düşər ki, dövlət televiziyasında qonorarların verilməsi bir müddətdir müzakirə mövzusudur. Həmin müzakirələrdə vurğulanır ki, qonorar sistemi maliyyə vəsaitləri üzərində manipulyasiya imkanı, məsələn, rəhbərliyin müəyyənləşdirdiyi şəxslərin adına yüksək məbləğdə ödənişlər rəsmiləşdirmək, subyektiv qiymətləndirmələr aparmaq, misal üçün, bənzər yaradıcı fəaliyyətlər müqabilində kiməsə az, kiməsə çox ödəniş etmək fürsəti yaradır. Bu da istər-istəməz maliyyə intizamının pozulmasına gətirib çıxarır. Elə Hesablama Palatasının ortaya çıxardığı 26 milyon manatlıq nöqsana bir az da bu pəncərədən baxmaq lazımdır.

Digər tərəfdən həmin 26 milyonluq nöqsanda diqqət çəkən başqa məqamlar da var. Məsələ burasındadır ki, adıçəkilən QSC-nin Maliyyə Departamentinin rəisi Aysel Əsədzadə Az.TV sədrinin köməkçisi olan Həmidağa Əsədzadənin həyat yoldaşıdır. Üstəlik, düşündürücü məqam odur ki, H.Əsədzadə həm də Müəllif Proqramları Departamentinin rəhbəridir. Müəllif proqramlarının isə yüksək məbləğli və mübahisəli qonorarlar ödəməyə imkan yaratdığını təxmin etmək çətin deyil. Ən əsası, bu vəziyyətdə və yuxarıda adları çəkilən özünə yaxın şəxslər fonunda Az.TV rəhbəri Rövşən Məmmədovun Hesablama Palatasının aşkarladığı 26 milyonluq nöqsan barədə əvvəlcədən məlumatlı olub-olmadığına dair sual yaranır.

Yeri gəlmişkən, Rövşən Məmmədov 2019-cu ilin yanvarında Az.TV sədri təyin edildikdən bir ay sonra Prezident “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdı. Sərəncama əsasən, maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılmışdı. Sonradan – icra zamanı həmin vəsaitin də bir hissəsinin təyinatının dəyişdirildiyi məlum olub. Belə ki, Hesablama Palatasının əvvəlki illərdə həyata keçirdiyi auditlərdən birində 2 halda 202 min 425 manatın digər məqsədlərə (179 min 800 manat müxtəlif dekorasiyaların alınmasına, 22 min 625 manat səyyar çəkilişlər zamanı avadanlıqların istifadə edilməsinə) xərcləndiyi müəyyənləşdirilib. Bir sözlə, Az.TV-də maliyyə intizamı baxımından görülməli çox iş var. Hərçənd bu, yeni xəbər deyil. Belə ki, hələ 2021-ci ilin noyabrında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-də audit aparıldığını və bəzi maliyyə pozuntuları aşkarlandığılnı demişdi: “Bununla bağlı məsələ Hesablama Palatası Kollegiyasında müzakirə olunub, müvafiq Kollegiya qərarında AzTV rəhbərliyinə bəzi tədbirlərin həyata keçirilməsi tövsiyə olunub, bəziləri haqqında ciddi qərar qəbul edilib... Maliyyə hesabatlarında bəzi gəlir və xərclərin təhrif edilməsi nəzərə alınaraq, o hesabatlara yenidən baxılması tövsiyə olunub. Televiziya işçilərinin əməkhaqqı və qonorar sistemi ilə bağlı yol verilmiş bəzi pozuntuların dövlət büdcəsinə bərpası, ümumiyyətlə, əməkhaqqı və qonorar sistemini tənzimləyən yeni sənədin hazırlanmasını tövsiyə etmişik. Bununla yanaşı, QSC-nin gəlirlərinin, xüsusən reklamdan əldə olunan gəlirlərin şəffaflaşması ilə bağlı tədbirlərin görülməsini də Kollegiya qərarında göstərmişik...”.

Məsələ bununla da bitmir. Hesablama Palatasının sədri 2024-cü ilin aprelində Az.TV-dəki maliyyə nöqsanları məsələsinə yenidən qayıtmalı olub. V.Gülməmmədov rəhbərlik etdiyi qurumun 2023-cü ilə dair hesabat tədbirində çıxışı zamanı deyib ki, aparılan audit tədbirləri nəticəsində AzTV-də yenə də bir sıra nöqsanlar ortaya çıxıb. Sitat: “Bir podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli şəxslərə təqdim edildiyi aşkar olunub. Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait dövlət büdcəsinə geri qaytarılıb".

Göründüyü kimi, R.Məmmədovun Az.TV-yə sədr təyinatından – 2019-cu ildən bəri Hesablama Palatası mütəmadi şəkildə “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-də yoxlamalar aparır, ciddi nöqsanlar aşkarlayır, xəbərdarlıqlar və tövsiyələr edir, lakin ortada həılə də ciddi bir dəyişiklik yoxdur.

Onu da deyək ki, ötən ilin iyulunda Baş Prokurorluqda onlayn formatda keçirilən geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev bildirmişdi ki, cinayətkarlığa qarşı aparılmış mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlər, sərf etdikləri əmək xüsusi qeyd olunmalıdır. Sitat: “Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi, 1-i üzrə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıb".   

Baş prokurorun bu sözlərini xatırlamağımız təsadüfi deyil. Belə ki, Hesablama Palatasının “Azərbaycan Televiziya və Radio Verilişləri” QSCdə üzə çıxardığı maliyyə nöqsanlarının ardından mərkəzi KİV-də bu qurumdakı qüsurlarla bağlı əlavə xəbərlər, iddialar yer alıb. Belədə isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həmin xəbərlərlə, iddialarla bağlı da araşdırmaya başlayıb-başlamayacağı ictimaiyyətdə maraq doğurur.

Elvin Rüstəmov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Noyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri