Icma.az
close
up
RU
26 milyon məsələsinə “AzTV” dən reaksiya: “Qonorar sisteminin tamamilə yığışdırılması...”

26 milyon məsələsinə “AzTV” dən reaksiya: “Qonorar sisteminin tamamilə yığışdırılması...”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri açıqlanıb.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, audit nəticəsində “AzTV” QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26 mln. manat, o cümlədən 2023-cü ildə 11.3 mln. manat, 2024-cü ildə 11.6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3.1 mln. manat) yol verildiyi müəyyən edilib.

Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.

Məsələ ilə bağlı “AzTV” QSC-dən “Cebheinfo.az”-a bildirilib ki, artıq bir neçə ildir QSC-nin qonorar sistemindən tam imtinası və maaşların yalnız əməkhaqqı formasında ödənilməsi ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparılır:

“Prosesin çətin tərəfi odur ki, televiziya yarandığı gündən maaş və qonorar sistemi ilə işləyib, əməkdaşlar ortaya qoyduğu məhsulun sayına və keyfiyyətinə əsasən həm maaş, həm də qonorar alıblar. Qonorar sisteminin tamamilə yığışdırılması vahid və standart ödəniş sistemi yaradacaq ki, bu da məhsuldarlığa və işin keyfiyyətinə düşünürük ki, mənfi təsir edəcək. 

İstənilən halda, əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina ilə bağlı məsələ gündəlikdədir və yaxın zamanlarda bu problem aradan qaldırılacaq. Bu arada, onu da əlavə edək ki, tam maaş sisteminə keçid prosesi ötən ildən başlayıb. QSC-də əməkdaşların sayını nəzərə alsaq məsələnin gələn il tam olaraq həll olunacağını söyləyə bilərik”.

Vilayət Muxtar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri