Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Qvardiola Mançester Siti nin matçında

Ankara və İrəvanın yeni məramları nədir?

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

AzTV niyə hədəfə gətirildi?

AzTV niyə hədəfə gətirildi?

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.


...Noyabrın 6-sı bizim bayramımızdır əslində. Əslində yox, həqiqətən bayramımızdır. Bəs niyə ƏS-LİN-DƏ?!.


Çünki müəmmalı (yenə də əslində yönü sirr olmayan-J.M) bir qrup ilə neçə gündür üz-üzəyik. Həmin qrup təkcə sosial mediada, bir neçə birgünlük saytda, ölkə xaricində, hətta daxildə parçalama yaratmaq məqsədinə xidmət edirdi, planlı çalışırdı. Haqlı və ya haqsız, fərq etmir, incik olanlar da əslində fərqində olmadı: “vurmaq”, “yıxmaq”, “dağıtmaq” istədikləri bir fərd, Əməkdar jurnalist, AZTV-nin sədri Rövşən Məmmədov deyildi. “Vurub, yıxıb, dağıtmağa” çalışılan əslində Azərbaycan dövlətinin siyasi xəbər tribunası, milliləşmək yönündə çox həssas və kövrək addımlar atan, həssas dönəmdən keçən ideoloji, analitik-xəbər mərkəzi-AZTV idi. O mərkəz ki, nəinki sözü, hətta bir hərfinin yeri efirində dəyişsə, sual yaranır: TƏXRİBATDIR, YOXSA TƏSADÜF?!.
Çünki həmin söz və ya hərf, bir anda dünyanın ayağa qaldırır. Avropanı Rusiyaya, Rusiyanı İrana, İranı Qərbə, Azərbaycanı Ermənistana, dünyanı Cənubi Qafqaza qarşı qoya bilir. O söz və ya hərf, böyük güc mərkəzlərinin bəyanatlarına, sərt və ya həyəcanlı çıxışlara, hətta açıq təhdidlərə səbəb olur. Yəni AZTV dövlətin sözünü deyən dili, hər addımı izlənilən xəbər məkanı-İDEOLOJİ MƏRKƏZİDİR. Ölkə daxilinidə heç bir media quruluşuna belə həssaslıq yoxdur.
Bu üç gündə içdən sarsıldığım mənəvi bir məsələ. İnsanın keçmişdə harada və necə yaşaması haqda gülünc ritorika oldu... Əslində indi bizə çox ağır gələn, xatırlayanda belə ruhumuzu sarsıdan, o əziyyətli keçmiş...osmanlı qardaşlarımız demiş...orası, qürur yerimiz... Niyəsə əminəm, o zamanki sıravi Rövşən də, sevdikləri də, eyni dərəcədə, mənim kimi qürurludur. Bizim nəsil media adamlarında və ailələrimizdə bu əsla takıntı olmayıb. Çünki biz getdiyimiz yolun təhlükəsini və əziyyətini gözəl anlayırdıq.
Sizə özümdən bircə nümunə yazım. Gün var idi, oğlumun kiçilmiş məktəbli formasından, qızlarıma məktəbli ətəyi tikib, geydirib dərsxanəyə-məktəbə yola salmışam, amma dövlətçi mövqeyimdən, əxlaq və əqidəmdən imtina etməmişəm. İndi həmin üç övladdan biri ölkə xaricində təhsil alır, ikincisi dövlətin idman şərəfini xarici və yerli voleybol meydançalarda qoruyur, üçüncüsü əcnəbi dildə memarlıq təhsili üçün ağır tədris mərhələsini çox böyük uğurla keçir. Yəni əqidəmizə, əxlaqımıza, şərəfimizə, KİŞİLİYİMİZƏ (mənim düşüncəmdə kişilik təkcə fizioloji quruluş deyil, həm də xarakterdir) şükür.
Bu üç gün həm də onu göstərdi ki, AZTV-nin mərhələli şəkildə milliləşməsi bəzi dairələri ciddi narahat edib. Və həmin dairələr AZTV daxilində də düşünülmüş nifaq salmağa çalışır. Daha dəqiqi milli maraqları ortaq şəxsləri qarşı-qarşıya gətirməyə, bir-birindən incik salmağı hədəfləyir. Niyə? Çünki yaratmaq istədikləri aqresiya fikirləri əsas hədəfdən yayındıracaq, küskünlük, inciklik yaradacaq. (Axı AZTV həm də yaradıcı adamların mühitidir, yaradıcılıq olan yerdə həssaslıq və kövrəklik mütləq şəkildə var). Güc parçalananda aqresiya yaranır. Aqresiya siyasi səhvlərə yol açır. Səhvlərdən məğlubiyyətə gedən yol başlayır. Bu, siyasətdə sürünən inqilab metodikasının bir elementidir, mənəvi terror, presinq, xof yaratmaqdır. Eyni zamanda ictimai rəyi, kütləni aqressivləşdirmək missiyasına xidmətdir. Bunun son üç gündə o qədər də dərinləşməyən formasını hamılıqla müşahidə etdik. Bu dəfə də alınmadı, gələn dəfə də, o biri dəfə də alınmayacaq, çünki, milli ruhda olan adamlar həm də həyatları üzərinə Azərbaycan quranlardır. Onlar hər şeydən keçir, amma DÖVLƏTdən əsla imtina etmir. Getmək lazım gəlirsə, səssiz və sakitcə gedirlər.
...Ən sonda, bu üç gün sonrası gəldiyim qənaət bu ki, əslində dünən Qarabağ-Çelsi oyunundakı qələbə kimi olmalıdır həyatımız. Bəli, məhz qələbə! Bəzən heç-heçə də, uduzmaq da BÖYÜK QƏLƏBƏDİR. Çünki hər ikisində əqidə ortaya qoyur, xarakter göstərirsən. Cəsarətlə, "MƏN VARAM!" deyirsən qarşındakı çox böyük və təhlükəli gücsə. Alın açıqlığı ilə söyləyirsən ki, məqsədim, əqidəm DÖVLƏTDİR, VƏSSALAM, 
Bayramınız mübarək!


Jalə Mütəllimova


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://missiya.az
archiveBu xəbər 06 Noyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see375

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see276

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see232

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see219

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see201

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see197

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see189

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see188

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see187

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see180

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see178

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see174

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see173

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see172

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see168

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see168

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see166

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see165

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri