Icma.az
close
up
RU
AZTVnin sədri: “Həyat mübarizləri sevir” FOTOLAR

AZTVnin sədri: “Həyat mübarizləri sevir” FOTOLAR

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində keçirilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov olub. 

"Cebheinfo.az" xəbər verir ki, qonaq əvvəlcə məktəbin şəhid məzunlarının guşəsi önünə gül qoyub, məktəblə tanış olub.

Məktəbdə olmaqdan, şagirdlərin qarşısında çıxış etməkdən məmnun olduğunu bildirən qonaq məktəb illərindən, müəllimlərinin həyatında buraxdığı izlərdən, məktəbdə əldə etdiyi biliklərin həyatındakı önəmindən, peşə sahəsində uğur qazanmağın yollarından danışıb. Uğur qazanmaq üçün nəzəri biliklərlə yanaşı praktik bacarıqlara yiyələnməyin zəruriliyini vurğulayan R.Məmmədov həyat adlı müəllimdən də öyrənməyin üstünlüklərindən bəhs edib.

Müasir dünyada mətbuatın, xüsusilə elektron medianın rolundan danışan R.Məmmədov Azərbaycanın tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində telekanalların üzərinə düşən vəzifələrdən söz açıb. Qonaq, həmçinin ana dilimizin norma və tələblərinə əməl olunması, nitq mədəniyyətinin formalaşdırılması, səlis danışıq qaydaları barədə şagirdlərə tövsiyələrini verib. 

Güclü xarakterin formalaşmasında mənəvi-psixoloji amillərin önəmindən danışan AzTV sədri “Həyat mübarizləri sevir”, deyərək gəncləri idealları uğrunda mübarizə aparmağa çağırıb.  

Hər zaman ekranlardan izlədikləri aparıcını canlı olaraq öz aralarında görməkdən sevinc duyan şagirdlər qonağa çoxsaylı suallar ünvanlayıb, onları düşündürən mövzularla bağlı fikir mübadiləsi aparıblar.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir. 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri