Icma.az
close
up
RU
525ci qəzet “Həyat mübarizləri sevir”

525ci qəzet “Həyat mübarizləri sevir”

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində keçirilib. 

525.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov olub. 

Qonaq əvvəlcə məktəbin şəhid məzunlarının guşəsi önünə gül qoyub, məktəblə tanış olub.

Məktəbdə olmaqdan, şagirdlərin qarşısında çıxış etməkdən məmnun olduğunu bildirən qonaq məktəb illərindən, müəllimlərinin həyatında buraxdığı izlərdən, məktəbdə əldə etdiyi biliklərin həyatındakı önəmindən, peşə sahəsində uğur qazanmağın yollarından danışıb. Uğur qazanmaq üçün nəzəri biliklərlə yanaşı praktik bacarıqlara yiyələnməyin zəruriliyini vurğulayan R.Məmmədov həyat adlı müəllimdən də öyrənməyin üstünlüklərindən bəhs edib.

Müasir dünyada mətbuatın, xüsusilə elektron medianın rolundan danışan R.Məmmədov Azərbaycanın tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində telekanalların üzərinə düşən vəzifələrdən söz açıb. Qonaq, həmçinin ana dilimizin norma və tələblərinə əməl olunması, nitq mədəniyyətinin formalaşdırılması, səlis danışıq qaydaları barədə şagirdlərə tövsiyələrini verib. Güclü xarakterin formalaşmasında mənəvi-psixoloji amillərin önəmindən danışan AzTV sədri “Həyat mübarizləri sevir”, deyərək gəncləri idealları uğrunda mübarizə aparmağa çağırıb.  

Hər zaman ekranlardan izlədikləri aparıcını canlı olaraq öz aralarında görməkdən sevinc duyan şagirdlər qonağa çoxsaylı suallar ünvanlayıb, onları düşündürən mövzularla bağlı fikir mübadiləsi aparıblar.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri