Icma.az
close
up
RU
AzVPnin baxışı: Geosiyasi situasiya türk birliyini zəruri edir

AzVPnin baxışı: Geosiyasi situasiya türk birliyini zəruri edir

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Yaşadığımız əsrin üçüncü onilliyində baş verən beynəlxalq geostrateji proseslər dünya düzəninin yenidən qurulması ilə yanaşı, qədim sivilizasiyaların yenidən dirçəlməsi prosesinin güclənməsinə təsir edir. 

Söhbət ilk növbədə Sovetlər Birliyi dağılandan sonra müstəqilliyini bərpa etmiş türk dövlətlərindən gedir. Bu, sadəcə, arzu deyil və tarixin yetişdirdiyi zəruri gedişatdır.

Çünki əsrlər boyu dünyanın türk varlığını unutması üçün bir çox dövlətlər əllərindən gələni etmiş, iqtisadi və siyasi tryuklarla türk xalqlarının yüksəlişinə mane olmağa çalışmışlar. Səbəb odur ki, Yer kürəsinin geniş ərazilərinə yayılmış və vaxtilə böyük dövlətlər qurmuş, qədim sivilizasiya yaratmış türklərin torpaqları əllərindən alınsın, onların mülkləri və təbii sərvətləri ələ keçirilsin.  Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə qardaş Türkiyə ilə münasibətlərin səviyyəsi barədə bütün dünyaya mesaj olan fikirlər söyləyib: 

“Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir və həm Yaxın Şərqdə, həm də eyni zamanda, Avropada, - bir qədər bu məsələyə biz toxunduq, - tamamilə yeni vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaq. Biz də onun yanındayıq. Yəni ki, gücümüz daha da artacaq. Böyük coğrafiya - Avropanı, Asiyanı, Cənubi Qafqazı, Xəzər hövzəsini əhatə edən böyük coğrafiya artıq özlüyündə bir ciddi geosiyasi amildir”. 

Dünyanın geniş bir akvatoriyasını əhatə edən bu fikirlərin çərçivəsində Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın götürdüyü siyasi və iqtisadi istiqamət Türk sivilizasiyasının real cizgilərinin formalaşması üçün ciddi əsaslar yaradır.

Bu dövlətləri Azərbaycan və Türkiyə ilə bərpa edilmiş qədim “Böyük İpək yolu” birləşdirir. Bu ölkələrin əhalisi eyni dildə danışır, fərqlənməyən folklor irsinə, ümumi tarixi faktlara, oxşar dünyagörüşünə malikdirlər. Amma bunlardan da vacibi hazırkı beynəlxalq geostrateji durum “çəkici eyni zindana və eyni vaxtda vurmağı” tələb edir. Məsələ burasındadır ki, Böyük Türk Birliyi ideyası dünyanın inkişafına doğru yönəlmiş strateji kursdur. 

Çünki bu dövlətlərin yerləşdiyi coğrafi ərazi iki qitənin görüşdüyü ərazi olmaqla yanaşı zəngin təbii resurslara malikdir. Tarixən dünya gücləri bu sərvətlər uğrunda savaşıblar və nəticə etibarilə cüzi var-dövlət qazanmaqla böyük dağıntılara səbəb olublar. 

İndi ilk növbədə bu dartışmalara son qoyulmalıdır. Çünki xalqların uzun illər ərzində işləyib yaratdıqları və topladıqları sərvətin dağıdılması heç kimə sərf etmir. Bunun üçün güc lazımdır, güc isə birlikdədir. İkincisi, bu dövlətlər dinc yanaşı yaşamaq, qarşılıqlı əməkdaşlıq, siyasi və iqtisadi inteqrasiya tərəfdarıdırlar ki, bu cahanşümul məqsədlərə təklikdə çatmaq çətindir. 

Elə əsrlərlə bir-birindən ayrı salınmış türk xalqlarının inteqrasiyası bu yolda eksperiment kimi dəyərli töhfədir və digər xalqlar üçün də nümunə ola bilər. Məsələnin bu aspekti də türk birliyini zərurətə çevirən başlıca amillərdəndir. 

Hazırda Türkiyənin Yaxın və Orta Şərqdə oynadığı sülhpərvər missiyanı türk dövlətləri birlikdə daha böyük beynəlxalq arenada həyata keçirə bilərlər ki, bu da birliyin zəruriliyini ehtiva edən növbəti amildir. Beləliklə, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi zamanın tələbidir və bu tələb getdikcə daha aydın şəkildə beynəlxalq siyasi tələbata çevrilir.

İndiyədək şər ocağı rolunda çıxış edən Suriyada Türkiyənin yardımı ilə başlanmış müsbət dəyişikliklərdə Azərbaycanın öz öhdəsinə götürdüyü missiya təqdirəlayiqdir. Bu haqda müsahibədə dövlət başçımız deyib:

“Türkiyənin Suriyanın inkişafındakı rolu, əlbəttə ki, çox əhəmiyyətlidir və mən Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, həm bu münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq”. 

Bu əməkdaşlıq yeni dünya düzəninin formalaşması fonunda yaranmış gücün ifadəsidir. 10 milyonluq əhaliyə malik dövlət kimi Azərbaycanın bu cür böyük beynəlxalq prosesdə iştirak etməsi özlüyündə ciddi aksiyadır və dövlətimizin beynəlxalq gücünün və nüfuzunun real göstəricisidir.

Azad Vətən Partiyasının (AzVP) İnformasiya və Təhlil Mərkəzi

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri