Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

AzVPnin baxışı: Makron kimi iflasa uğrayacaqsınız

AzVPnin baxışı: Makron kimi iflasa uğrayacaqsınız

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə beynəlxalq münasibətlərin hazırkı spektrinə aid önəmli fikirlər, mülahizələr yer alıb. 

Xüsusilə, Azərbaycanın öz qonşuları və ümumiyyətlə, Cənubi Qafqazdakı rolu barədə dövlət başçımızın səsləndirdiyi fikirlər özlərini böyük güc sayan dövlətlərin cılız düşüncələrinin təhlükəli tərəflərini beynəlxalq ictimaiyyətə açıb göstərdi.

Jurnalistin verdiyi suallar olduqca geniş mövzuları əhatə edirdi və İlham Əliyevin cavabında kifayət qədər faktlarla məsələnin mahiyyəti izah olnurdu. Biz bu mövzulardan birinə, müasir dünyada neokolonializm təzahürünə diqqət yetirəcəyik.   

Müsahibədə oxuyuruq: 

“Onların kolonial keçmişinə gəldikdə, bəziləri bunu bizim cavabımız kimi qiymətləndirirlər, amma zənnimcə, bu məsələ ola bilər ki, daha dərin xarakter daşıyır.

Əgər ən başlanğıcda haradasa, necəsə bu məsələni nəzərdən keçirmək mümkün idisə, indi bu mövzuya dərindən nüfuz etdiyimiz, fransız kolonializminin iyrənc simasını gördüyümüz, bizim nümayəndələrimizin fransız koloniyalarının sakinləri ilə fəal ünsiyyət saxladıqları, həm onların ölkələrində, həm Bakıda, həm də digər məkanlarda, vaxtda, əslində, biz görürük ki, uzun illər ərzində dünya ictimaiyyətindən nələri gizlədiblər. Nə üçün? Çünki heç kim bununla maraqlanmaq istəmirdi.

Heç kim başının ağrımasını istəmirdi. Çünki onlar şantaj edirlər. Hətta bizim münasibətlərimiz soyuq müharibə fazasına daxil olduqda əvvəlcə bizə mesajlar gəlirdi ki, “unutmayın, biz böyük ölkəyik”. 

“Böyük ölkə” olmaq iddiası fransız özünəvurğunluğunun bariz ifadəsidir. Bu ölkənin siyasətçilərinin düşüncəsində “ali irq”, başqa sözlə, faşizm ideologiyasının ana xətti xülyası var. Özlərini yalnız idarə etmək rolunda görən bu adamlar başqa millətlərə və xalqlara dərs verməyə meyilləniblər, dünyaya insan haqları və bərabərlik haqda moizə oxuyurlar.

Lakin öz ölkələrində yaşayan əhaliyə etdikləri haqsızlıqları görməzdən gəlirlər. Belə olan halda, görün, işğal etdikləri ərazilərdə yaşayan xalqlara necə zülm edirlər. 
İş o yerə çatıb ki, işğal edilmiş ərazilər indi Fransa ərazisi kimi təsbit olunur: 

“Fransız Qvianası”, “Fransız Polineziyası”, Fransanın departamenti sayılan və uzaq Afrikada yerləşən “Reunion” adası və sairə. Həmin ərazilərdə yaşayan xalqlar bir neçə əsr ərzində vəhşicəsinə istismar olunub, öz dillərini, adət-ənənələrini unutmağa məhkum edilib.

Azadlıq uğrunda mübarizə aparan insanlar isə xəlvətcə aradan götürülüb, həbsxanalara salınıb. Beynəlxalq təşkilatların həmin xalqlara münasibətdə qəbul etdiyi müdafiə xarakterli qətnamələri koloniyaçılar heçə sayıblar.

Bizim dövrümüzdə isə Prezident Emmanuel Makronun məkrli siyasəti Fransa koloniyalarının azadlıq mübarizəsini həmişəlik məhv etmək məqsədini güdür.  

Prezident İlham Əliyev bu siyasəti ifşa etməklə Azərbaycanın dünyada haqq-ədalət uğrunda çarpışan xalqların səsinə səs verdiyini bəyan edib, bu böyük amal uğrunda ölkəmizin oynadığı nəcib rola diqqət çəkib.

Bu çox qürurvericidir. Qeyd etmək lazımdır ki, Makron belə bir rəzil siyasəti Cənubi Qafqazda da yeritməyə çalışır. O, “himayədarlıq” pərdəsi altında beynəlxalq aləmdə “qoltuqaltı” dövlət kimi tanınan Ermənistanı da digər dövlətlərin əlindən qoparıb öz koloniyasına çevirmək fikrindədir. Bunun üçün Ermənistanı səylə Azərbaycana qarşı silahlandırır.

Müsahibədə Makronun başabəla siyasətinin iflasa uğraması barədə aydın fikirlər bildirilib: 

“Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas. Onlara “Əlvida!” dedilər. 

Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal - burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır.

Livanda uğursuzluq, Azərbaycanda tam iflas, Gürcüstanda iflas. Diqqət yetirin, daxili siyasətdə nələr baş verir? Hərc-mərclik! Yeni Baş nazir təyin olunur. Onun əri və ya arvadı, bilmirəm, onlarda bunların hansıdır, xarici işlər naziri təyin edilir”.  

Bütün bu fikirlər Azərbaycana, dünyada ədalətə qarşı siyasət aparanlara açıq mesajdır ki, yerinizdə oturun, öz üşünüzlə məşğul olun, yoxsa Makron kimi iflasa uğrayacaqsınız. 
Azad Vətən Partiyasının (AzVP) İnformasiya və Təhlil Mərkəzi

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri