Icma.az
close
up
RU
Azyaşlı şəkərli diabet olduğu üçün bağçadan kənarlaşdırılıb? VİDEO

Azyaşlı şəkərli diabet olduğu üçün bağçadan kənarlaşdırılıb? VİDEO

Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azyaşlının şəkərli diabet xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırıldığı iddia edilir.

Medicina.az -ın məlumatına görə, uşağın anası Hədiyyə Qurbanəliyeva Xəzər TV-yə açıqlamasında bildirib ki, ona xəbərdarlıq edilmədən övladı bağçanın “Əcəmi” filialından uzaqlaşdırılıb.

Valideyn qeyd edib ki, uşağın bütün tibbi sənədləri qaydasındadır və o, mütəmadi həkim nəzarətindədir. Buna baxmayaraq, bağça rəhbərliyi xəstəliyi əsas gətirərək uşağın bağçada qalmasına məhdudiyyət tətbiq edib.

“Sentyabrın 1-i 2025-ci ildən doqquz ay bağçaya getdi, onuncu ay bildik ki, şəkərli diabetdir. İkinci qrup əlillik təyin olunub. Şəkərli diabet olduğuna görə bəhanə edirlər ki, tibb bacısı gah olur, gah olmur, amma yalan deyirlər”, - o əlavə edib.


H.Qurbanəliyevanın iddiasına görə, əvvəlcə onlara övladının 1-2 ay evdə dincəlməsinin məqsədəuyğun olduğu bildirilib. Daha sonra isə uşağın bağçada qalması üçün əlavə olaraq fərdi nəzarətçinin tutulması tələb edilib:

“Mən onlara vəziyyəti izah etdim. Dedilər ki, uşaq bir az sağalsın, özünə gəlsin, danışarıq. Bildirdim ki, çıxarılma olacaqsa, indidən deyin, işimi bilim, çünki ödəniş edirəm. Qeyd etdilər ki, belə bir şey olmayacaq. Sonra isə bağçaya çağırıb dedilər ki, bu məsuliyyəti üzərimizə götürə bilmərik. Uşaq xəstədir deyə onu niyə cəmiyyətdən uzaqlaşdırsınlar? Niyə öz yaşıdlarından geri qalsın?”

Valideynin sözlərinə görə, bağça əməkdaşları dəfələrlə onlarla əlaqə saxlayaraq uşağın portal qeydiyyatından çıxarılmasını tələb ediblər.

Onlar buna razılıq vermədiklərini bildirsələr də, sonradan uşağın qeydiyyatının ləğv edildiyi barədə məlumat alıblar. Qeydiyyatın ləğvi ilə bağlı onlara heç bir rəsmi sənəd, tibbi rəy və ya hüquqi əsas təqdim olunmayıb.

O deyib ki, bu yanaşma həm etik normalara, həm də uşaqların hüquqlarının qorunması prinsiplərinə ziddir. Bununla bağlı artıq aidiyyəti qurumlara müraciət edilib.

Müəssisə rəhbərliyi məsələ ilə bağlı iddialara aydınlıq gətirməyib.


Daha ətraflı videosüjetdə:


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 21 Avqust 2026 04:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri