Icma.az
close
up
RU
Şəkərli diabet olan azyaşlı bağçadan kənarlaşdırılıb? Video

Şəkərli diabet olan azyaşlı bağçadan kənarlaşdırılıb? Video

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azyaşlının şəkərli diabet xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırıldığı iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə uşağın anası Hədiyyə Qurbanəliyeva Xəzər TV-yə danışıb.
O bildirib ki, heç bir xəbərdarlıq edilmədən övladı bağçanın “Əcəmi” filialından uzaqlaşdırılıb.
Hədiyyə Qurbanəliyeva deyir ki, övladının bütün tibbi sənədləri qaydasındadır və o, mütəmadi həkim nəzarətindədir. Buna baxmayaraq, bağça rəhbərliyi xəstəliyi əsas gətirərək uşağın bağçada qalmasına məhdudiyyət tətbiq edib:
“Sentyabrın 1-i 2025-ci ildən doqquz ay bağçaya getdi, onuncu ay bildik ki, şəkərli diabetdir. İkinci qrup əlillik təyin olunub. Şəkərli diabet olduğuna görə bəhanə edirlər ki, tibb bacısı gah olur, gah olmur, amma yalan deyirlər”.
H.Qurbanəliyevanın iddiasına görə, əvvəlcə onlara övladının 1-2 ay evdə dincəlməsinin məqsədəuyğun olduğu bildirilib. Daha sonra isə uşağın bağçada qalması üçün əlavə olaraq fərdi nəzarətçinin tutulması tələb edilib:
“Mən onlara vəziyyəti izah etdim. Dedilər ki, uşaq bir az sağalsın, özünə gəlsin, danışarıq. Bildirdim ki, çıxarılma olacaqsa, indidən deyin, işimi bilim, çünki ödəniş edirəm. Qeyd etdilər ki, belə bir şey olmayacaq. Sonra isə bağçaya çağırıb dedilər ki, bu məsuliyyəti üzərimizə götürə bilmərik. Uşaq xəstədir deyə onu niyə cəmiyyətdən uzaqlaşdırsınlar? Niyə öz yaşıdlarından geri qalsın?”
Valideynin sözlərinə görə, bağça əməkdaşları dəfələrlə onlarla əlaqə saxlayaraq uşağın portal qeydiyyatından çıxarılmasını tələb ediblər. Onlar buna razılıq vermədiklərini bildirsələr də, sonradan uşağın qeydiyyatının ləğv edildiyi barədə məlumat alıblar. Qeydiyyatın ləğvi ilə bağlı onlara heç bir rəsmi sənəd, tibbi rəy və ya hüquqi əsas təqdim olunmayıb.
Bağça rəhbərliyi isə iddialara münasibət bildirməkdən imtina edib.
Daha ətraflı:
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Avqust 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri