Icma.az
close
up
RU
Azyaşlılara təcavüz edən şəxsləri ömürlük həbs cəzası gözləyir? AÇIQLAMA

Azyaşlılara təcavüz edən şəxsləri ömürlük həbs cəzası gözləyir? AÇIQLAMA

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azyaşlılara təcavüz edən şəxsləri ömürlük həbs cəzası gözləyir? - AÇIQLAMA

Tez-tez eşidilən xəbərlərdən biri də azyaşlıların təcavüzə məruz qalmasıdır . Atası, qohumu, tanışı, atalığı və s, tərəfindən. Bəs, həmin insanlar üçün edam cəzası yenidən bərpa oluna bilərmi? Ya da o şəxslərə ömürlük həbs cəzası verilməli deyilmi?

Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Üzeyir Şəfiyev danışıb.

O, açıqlamasında qeyd etdi ki, bu cür ağır cəzaları adekvat hesab etmir:

"Uşağlara qarşı olan zorkaılıq həm də məişət zorakılığının tərkib hissəsidir. Azərbaycanda bildiyimiz kimi məişət zorakılığı haqqında qanun qəbul olunub və 2010-cu ildən fəaliyyət göstərir. Orada aydın və birmənalı şəkildə uşaqlara qarşı zorakılığın bütün formaları pislənilir və bunlarla bağlı hüquqi məsuliyyətlər nəzərdə tutulur. Azərbaycan həm də öz qanunlarını beynəlxalq konvensiyalara uyğun şəkildə hazırlayır. Azərbaycan uşaq hüquqları haqqında beynəlxalq konvensiyanı da qəbul etmişdir. Həmin konvensiyada da uşaqların hüquqları, onların təhlükəsiz, şərəfli və layiqli ailə mühitində böyüdülməsi təşviq olunur.
Cinayət məcəlləsinin 132-ci maddəsində uşaqların zorakılığa məruz qalması ilə bağlı hüquqi məsuliyyət nəzərdə tutulub. Bu səbəbdən də sizin təklif etdiyiniz daha ağır cəzaları isə mən adekvat hesab etmirəm. Çünki, həmin cəzalar Azərbaycanda yoxdur.
Əgər uşaq qaynar xəttləri funksional şəkildə fəaliyyət göstərərsə, onların zorakılığa məruz qalması ilə bağlı həm uşaqların özü, həm də şahidləri, cəmiyyət bəlli ünvanlara müraciətlər edərlərsə hesab edirəm ki, məhz məişət və uşaqlara qarşı zorakılığın bütün formalarının statistikası xeyli sayda azala bilər. Düşünürəm ki, biz bunun üçün həm də sosial işçilərin akreditasiyası və onların fəaliyyətinin tənzimləyən qanun qəbul etməliyik. Məsələn, başqa ölkələrdə uşaqlara qarşı zorakılığı müşahidə edən sosial işçilər dərhal həmin hadisəyə müdaxilə edir. Hesab edirəm ki, belə analoji qanunlar Azərbaycanda da qəbul olunmalıdı".

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 06 Noyabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri