Icma.az
close
up
RU
“Azyaşlılarda yanlış davranışlar: Sosial şəbəkələr rol oynayırmı?”

“Azyaşlılarda yanlış davranışlar: Sosial şəbəkələr rol oynayırmı?”

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlərdə Azərbaycanda azyaşlıların cinayətə meyli ilə bağlı məsələlərdə sosial şəbəkələrin rolu mühüm amil kimi müzakirə olunur.

Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında psixoloq Gülşən Qədirli bildirib ki, sosial şəbəkələr gənclərin gündəlik həyatında geniş yer tutduğundan onların davranış və dünyagörüşünə birbaşa təsir edə bilir.

"TikTok, Instagram, YouTube kimi platformalarda yayılan zorakı və yanlış nümunələr bəzi uşaqlar tərəfindən "normal" və ya "maraqlı" hesab edilərək təkrarlana bilər.

Sosial şəbəkələr həmçinin rol modelləri və təsir qrupları vasitəsilə gənclərin davranışına təsir göstərir. Uşaqlar və yeniyetmələr onlayn təsir edən fiqurları idealizə edə və onların hərəkətlərini təkrarlamağa meyilli ola bilirlər. Qrup mənşəli dinamikalar da sosial təzyiq, trend hesab edilən davranışlar uşaqların real həyatda yanlış qərarlar verməsinə səbəb ola bilər".

Psixoloq qeyd edib ki, bu təsirin gücü fərdi və sosial amillərdən asılıdır.

"Ailə dəstəyi və valideyn nəzarəti zəifdirsə, uşaqlar sosial şəbəkələrdəki neqativ təsirlərə daha açıq olurlar. Təhsil sistemi və media savadlılığı da mühüm rol oynayır. Media məzmununu tənqidi qiymətləndirmə bacarığı olmayan uşaqlar yanlış nümunələri daha asan qəbul edə bilirlər. Eyni zamanda emosional vəziyyət, özünəinamın aşağı olması və real həyatda sosial dəstək tapmama risk faktorlarını artırır. Lakin sosial şəbəkələr yalnız səbəb kimi qəbul edilməməlidir. Onların təsiri ailə mühiti, məktəb, psixoloji dəstək və sosial-iqtisadi amillərlə birgə başa düşülməlidir. Azərbaycanda uşaqların erkən yaşda smartfon və internetlə tanış olması, media savadlılığı sahəsində məktəb və ictimai proqramların hələ geniş tətbiq olunmaması, həmçinin psixoloji dəstək mexanizmlərinin kifayət qədər olmaması bu təsiri gücləndirən faktorlar hesab olunur".

G. Qədirli, sosial şəbəkələr azyaşlıların cinayətə meyli məsələsində bir səbəb ola bilər, lakin bu kompleks sosial və psixoloji mexanizmlərlə bağlı problemdir.

"Valideyn nəzarətinin gücləndirilməsi, media savadlılığının artırılması, məktəbdə və ailədə balanslı media istifadəsi və psixoloji dəstək proqramlarının tətbiqi gənclərin düzgün istiqamətlənməsinə yardım edə bilər", - deyə psixoloq qeyd edib.

Ayxan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Fevral 2026 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri