Icma.az
close
up
RU
BAAU da “KitabLab” layihəsinə start verilib Fotolar

BAAU da “KitabLab” layihəsinə start verilib Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzinin (KTM) təşkilatçılığı ilə həyata keçirilən “KitabLab” layihəsinə start verilib. 

“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində universitetdə ilk görüş BAAU-nun rektoru, dosent Səyavuş Qasımov ilə yazıçı, filosof-şərqşünas Rövşən Abdullaoğlu və Qədim Qala Nəşriyyatın direktoru Şöhlət İxtiyaroğlu arasında baş tutub.

Görüş zamanı tələbələr arasında kitab və mütaliəyə marağın artırılması, eləcə də universitetin intellektual və mədəni mühitinin daha da zənginləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

S.Qasımov universitetin tələbələrinin intelektual inkişafına və kitab oxuma vərdişlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. O, “KitabLab” layihəsinin bu istiqamətdə atılan mühüm addımlardan biri olduğunu bildirərək, bunun tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.

Görüşün sonunda R.Abdullaoğlu rektor S.Qasımov tərəfindən BAAU-nun tələbələri ilə keçirilən səmərəli və maarifləndirici görüşə görə təşəkkürnamə ilə təltif edilib.

Sonra BAAU-nun Kitabxana və İnformasiya Mərkəzində R.Abdullaoğlunun oxucuları ilə görüşü keçirilib. Görüşdə universitetin akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Layihə çərçivəsində 2025-ci ilin 19-20 fevral tarixlərində universitetdə Qədim Qala Nəşriyyatının kitab satış sərgisi də təşkil olunub. Sərgidə müxtəlif janrlarda kitablar – bədii, elmi, psixoloji, biznes və fərdi inkişaf sahələri üzrə nəşrlər təqdim edilib. Tələbə və müəllimlər sərgidə iştirak edərək, onları maraqlandıran kitabları alıblar.

“KitabLab” layihəsi çərçivəsində növbəti aylarda universitetdə müxtəlif nəşriyyatların iştirakı ilə növbəti kitab satış sərgilərinin keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi tələbələr arasında kitab oxuma mədəniyyətini təşviq etmək, onların yazıçılarla birbaşa ünsiyyət qurmasını təmin etmək və universitetin intellektual mühitini daha da gücləndirməkdir.

Qeyd edək ki, BAAU KTM tərəfindən həyata keçirilən bu layihə universitetin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq gənclərin elmi və mədəni inkişafına töhfə vermək məqsədilə təşkil olunub.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Fevral 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri