Icma.az
close
up
RU
AzMİU da “Gələcəyin Qurucuları” layihəsinə start verilib FOTOLAR

AzMİU da “Gələcəyin Qurucuları” layihəsinə start verilib FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 5–16 may tarixlərini əhatə edən “Elmdə Addımlar: TEC Günləri” çərçivəsində tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş “Gələcəyin Qurucuları” adlı yeni layihəyə start verilib.

"Unikal" xəbər verir ki, 13–15 may tarixlərini əhatə edən layihə sənaye və universitet əməkdaşlığının bariz nümunəsi kimi çıxış edir.

Layihənin ilk günü – 13 may tarixində keçirilən sessiyalar öyrədici, maarifləndirici və praktik yönümlü tədbirlərlə yadda qalıb. Gündəlik proqram çərçivəsində “Dashyunu” MMC, “İZOFASAD” MMC, “Penoplex” və “HOLCİM” kimi tikinti sektorunun aparıcı şirkətlərinin nümayəndələri tələbələrlə görüşərək müasir tikinti materialları və texnologiyalar barədə ətraflı təqdimatlar ediblər.

Həmin gün universitetin həyətində təşkil olunan xüsusi yarış isə layihəyə əlavə rəng qatıb. İnşaat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrindən 40 tələbə (hər fakültədən 20 nəfər) bu yarışa qoşulub. Yarışda 8 komanda iştirak edib və hər komanda 5 tələbədən ibarət olub. Komandalar inşaat və izolyasiya sahəsində ixtisaslaşmış şirkət nümayəndələrinin hazırladığı tapşırıqları müəyyən vaxt çərçivəsində yerinə yetirməyə çalışıblar.

Yarış zamanı tələbələr müxtəlif praktik fəaliyyətlərlə məşğul olub, real iş şəraitinə yaxın simulyasiyalar vasitəsilə bacarıqlarını nümayiş etdiriblər. Ən yaxşı nəticə göstərən tələbələrə şirkətlər tərəfindən hədiyyələr təqdim olunub. Bu yarış, tələbələrin həm komanda ruhunu gücləndirib, həm də nəzəri biliklərini praktikaya tətbiq etmələri baxımından olduqca faydalı olub.

14 may tarixində layihə “HOLCİM Academy” nümayəndəsinin təqdimatında keçiriləcək təlimlə davam edəcək. Təlim zamanı tələbələr sement və tikinti texnologiyalarındakı yeniliklərlə tanış olacaqlar. Ardınca “GEOTEST” MMC tərəfindən təşkil olunacaq sessiyalarda geotexniki araşdırmalar və torpaq mühəndisliyi sahəsində praktik biliklər tələbələrlə paylaşılacaq.

15 may tarixində isə İnşaat konstruksiyaları kafedrasının müdiri professor Muxlis Hacıyev tələbələr üçün təlim keçirəcək. Daha sonra universitetin müasir laboratoriyalarında tələbələrlə birgə sınaqlar aparılacaq.

“Gələcəyin Qurucuları” layihəsi sənaye və universitet arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin real iş mühiti ilə tanış olması və gələcək peşəkar inkişaflarına dəstək verilməsi baxımından önəmli təşəbbüsdür. Layihə gənclərə bilik, təcrübə və motivasiya qazandırmaqla onların gələcəyinə dəyərli töhfə verir.
Qeyd edək ki, AzMİU-da ilk dəfədir keçirilən “Elmdə Addımlar: TEC Günləri” universitetin 50 illik yubileyinə həsr olunub. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see177

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see175

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see131

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri