Icma.az
close
up
RU
BAAU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalandı Fotolar

BAAU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalandı Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Bakı Avrasiya Universiteti (BAAU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. 

“Qafqazinfo” xəbər verir ki, müqaviləni BAAU-nun rektoru dosent Səyavuş Qasımov və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar.

İmzalanma mərasimində TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov, İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova, Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov, şöbənin baş mütəxəssisi Aysel Məhərrəmova, Kapital Bankın Korporativ satış meneceri Nərmin İsayeva, “VISA” şirkətinin Biznesin inkişafı üzrə baş meneceri Mahmud Səfərov və BAAU-nun akademik-inzibati heyəti iştirak edib.

İmzalanma mərasimini giriş nitqi ilə açıq elan edən rektor universitetin maddi-texniki bazası, professor-müəllim heyəti, tələbə kontingenti, qəbul aparılan ixtisaslar və təhsil səviyyələri haqqında geniş məlumat verib. O, BAAU-nun beynəlmiləlləşməsi və beynəlxalq layihələrdə uğurlu iştirakı barədə də nümayəndə heyətini məlumatlandırıb. S.Qasımov tələbələrə sosial dəstək xarakterli ideya və təşəbbüslərin həmişə vacib olduğunu, eyni zamanda bu cür təşəbbüslərin və layihələrin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.

E.Nəsibov çıxışında TİF və onun fəaliyyəti haqqında ətraflı məlumat verib. O, əlavə edib ki, BAAU ilk özəl ali təhsil müəssisəsi kimi sözügedən layihənin tərəfdaşı olur və bu layihə çərçivəsində təqdim olunacaq vahid tələbə kartları, onlardan istifadə təhsil sahəsində mühüm yeniliklər qazandırmaqla yanışı universitetin tələbələrinə faydalı olacaq. Bu yeniliklər həmçinin tələbələrin həm akademik, həm də sosial imkanlarını genişləndirəcəyinə imkan yaradacaq. Sədr təhsilalanlar arasında aparılan sorğulara, tələbatlara, həmçinin onların sosiallaşması baxımından əhəmiyyətli olan məkanlarda tələbələr üçün xüsusi güzəştlər tətbiq olunacağını, 200-dən artıq şirkətlə razılığa gəlindiyini diqqətə çatdırıb. E.Nəsibov tələbələr üçün nəzərdə tutulan güzəştlərin əhatə dairəsinin gələcəkdə daha da genişləndirilməsi istiqamətində işlərin aparıldığını tədbir iştirakçılarına çatdırıb.

Sonra, TİF-in fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və X.Daşdəmirova “TələbəPlus” layihəsi haqqında təqdimatla çıxış edib, vahid tələbə kartlarının üstünlükləri, tələbələrə edilən güzəştlər və funksionallıqları barədə məlumat verib. Çıxışlar zamanı BAAU ilə TİF arasında gələcək əməkdaşlıq istiqamətləri də müzakirə olunub.

Müzakirələrdən sonra BAAU-nun rektoru dosent Səyavuş Qasımovla TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsini imzalayıblar. İmzalanma mərasimindən sonra TİF-in nümayəndə heyəti universitetin maddi-texniki bazası ilə tanış olublar.

Qeyd edək ki, TİF-in Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “TələbəPlus” layihəsi vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Sözügedən kart tələbələrə sosial dəstək məqsədilə hazırlanmış, müxtəlif xidmət və iaşə obyektlərində də xüsusi güzəştlərin əldə edilməsinə imkan verəcəkdir.






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri