Icma.az
close
up
RU
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalandı Fotolar

Azərbaycan Universiteti ilə QS Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalandı Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Universiteti ilə QS (“Quacquarelli Symonds”) Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

“Qafqazinfo” xəbər verir ki, sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və agentliyin regional direktoru Sergei Khristoliubov imzalayıb.

İmzalama mərasimindən əvvəl tərəflər arasında görüş olub. Görüşdə Azərbaycan Universitetinin rektoru S. Əliyeva qonağa rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, tədris olunan ixtisaslar, professor-müəllim heyəti, universitetin əsas strateji hədəfləri, bu istiqamətdə həyata keçirilən yeniliklər və əldə etdiyi uğurlar haqqında məlumat verib.

Elmi işlər üzrə prorektor Yusif Qasımov universitetin elmi fəaliyyəti, elmmetrik göstəriciləri haqqında danışıb, müvafiq göstəriciləri diqqətə çatdırıb. Prorektor qeyd edib ki, bir neçə gün əvvəl dünyanın nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi” (Shanghai Ranking) tərəfindən “Akademik Fənlərin Qlobal Reytinqi” dərc olunub. Azərbaycan ilk dəfə sözügedən reytinqdə riyaziyyat fənni üzrə 2 universitetlə təmsil olunur. Reytinqdə ölkə üzrə ən yüksək mövqe Azərbaycan Universitetinə məxsusdur. Belə ki, universitet bu reytinqdə 301-400-cü pillələr arasında yer alıb.

Rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova universitetin beynəlxalq əlaqələri, gənc tədqiqatçıların yetişdirilməsi istiqamətində görülən işlər haqqında məlumat veriblər.

Universitet haqqında təqdimatın ardından Sergei Khristoliubov agentliyin elmi sahədə fəaliyyəti, məhsulları, QS reytinqinin əsas meyarları, metodologiyası və ali təhsil müəssisələrinin reytinqə müraciət edərkən diqqət yetirməli olduqları kriteriyaları diqqətə çatdırıb.

Görüş mövzu ətrafında müzakirə və fikir mübadiləsi ilə davam edib.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Fevral 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri