Icma.az
close
up
RU
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”

“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu tez-tez qalmaqallarla gündəmə gəldiyi üçün qardaşı, Əməkdar incəsənət xadimi Baba Vəziroğluya şikayət edilməsinə etirazını bildirib.

A.Vəziroğlu Pravda.az-a açıqlamasında deyib ki, Baba Vəziroğlu orta xətdədir, hamısının gözü onu görür.

“Həm də yumşaq adamdır, nə desələr, deyir ki, “başına dönüm, Anar uşaq deyil ki, mən ona nə deyim?” Sözlərini yumşaq mənada deyir. Mənə zəng etməzlər axı. Bilirlər ki, sərt şəkildə yerlərinə oturduram. Mənim 62 yaşım var, Babanın 70 yaşı. Aramızda nə qaldı? Bir-iki bayram... Bunlar öyrəncəlidirlər. Baba yumşaq adamdır deyə ondan şeirləri alırlar, mahnıları qoşurlar. Havayı yerə. Bir gün Xalq artistlərindən biri dedi ki, mənim mahnımı filankəs oxuyub. Sonra evə zəng etdilər ki, bu nə deməkdir? Dedim ki, sən o Xalq artistindən soruş, mahnını ona satmısan, ya yox? Soruşdu, o da dedi ki, yox, satmayıb. Bunlar öyrəşiblər. Hamı çıxıb Babanın yazdığı mahnılara deyir ki, “mənim mahnımdır”. Şair bir kənarda qalır, bəstəkar bir kənarda. Nə var, nə var, 2 min pul verib. Ac şairi tapıblar. Bunların ən zəif cəhətləri budur ki, mən danışdıqca, kiminsə üstünə getdikcə Babaya zəng edirlər. Deyirlər ki, sənin qardaşın belə... Ay balam, daha Baba açıqlama verdi ki, bu adam belədir, Anarı təpiyimin altına salası deyiləm axı. Nə etməlidir? Məni danlamalıdır? Hərdən deyir ki, qınanılası verilişlərə getmə. Yenə də deyirəm ki, mənim öz ağlım, öz başım... Düzdür, Baba müəllimin yanında adicə qız adı çəkməyə qorxuram. Amma bilirəm ki, müğənnilər yumşaq tərəfini tutublar, Baba müəllim belə gəldi, elə getdi. Anar müəllimi isə deyən yoxdur, çox qəribədir. Baba müəllimə tanınmış müğənnilər, onunla dost olanlar zəng edirlər, mənim barəmdə ürəklərini boşaldırlar. Mənimlə danışa bilmirlər, çünki birdəfəlik rədd edirəm. O gün də bir qız zəng edib, mənə deyir ki, sən efirdə ssenari oynayırsan. Dedim, elə olsaydı, nə var idi ki? İndi ortada olardım. Bədbəxtliyim budur ki, susa bilmirəm. Danışanda sözlərini kəsirəm, deyirəm ki, belə deyil. Mən söz adamıyam, filologiya üzrə fəlsəfə doktoruyam. Sənin oxuduğun mahnıdan görünür ki, qandığın “qrafa” yoxdur. Bunu açıq deyirəm. Meyxananı gətirib xalq mahnısına çeviriblər. Az qala televiziyada rinqə çıxırlar. Elin qızısan, müğənnisən, ortadasan. Bir-birilərinə hədə-qorxu gəlirlər, nədir, nədir, pulları var. Hörmətli hökumət bunları eşitmir? Çağırıb pullarını alsın, özlərini də salsın içəri. Anası məşhurdur deyə guya qızı da məşhurlaşır. Başlayıblar efirdə hamını yıxıb-sürüməyə. Abır-həya yoxdur. Abırlı kişidən, abırlı qadından həmişə nümunəvi övlad çıxıb...”

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 Fevral 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see167

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see136

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see135

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see135

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see127

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see127

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see124

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see114

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri