Icma.az
close
up
RU
Rusiya dağıdıcı cavab mesajı verdi Nüvə zərbəsi endiriləcək?

Rusiya dağıdıcı cavab mesajı verdi Nüvə zərbəsi endiriləcək?

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna ordusu iyunun 1-də  Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərində yerləşən aerodromlara PUA-lardan istifadə edərək hücumlar həyata keçirib. Rusiya rəhbərliyi bu hücumları “qırmızı cizgilərin keçilməsi” kimi dəyərləndirərkən, bəzi rus ekspertlər və siyasətçilər artıq “nüvə silahı seçimi”ni açıq şəkildə müzakirə etməyə başlayıblar.

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, hazırda dünya nüvə müharibəsinin bir addımlığında olmasa da, bu təhlükə gündən-günə artır:

“Xüsusilə Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi “Hörümçək toru” adlı genişmiqyaslı dron əməliyyatı bu riski daha da artırır. Bu əməliyyat çərçivəsində Ukrayna fərqli istiqamətlərdən yüzlərlə dronla Rusiya ərazisindəki strateji obyektləri hədəfə aldı, hərbi aerodromlar, yanacaq anbarları, radar sistemləri və logistika mərkəzləri vuruldu. Dronlar elə Rusiya ərazisindən havaya qaldırıldı. Əlbəttə, bu zərbələr Rusiya rəhbərləyinə də, cəmiyyətinə də ciddi hərbi və psixoloji təsirsiz ötüşə bilməzdi.

Əminliklə demək olar ki, bu cür hücumlar Moskvanın “qırmızı xətləri”nə yaxınlaşır. Strateji əhəmiyyət daşıyan obyektlərin hədəfə alınması Rusiya tərəfindən milli təhlükəsizliyə birbaşa təhdid kimi qiymətləndirilə bilər. Belə vəziyyətlərdə nüvə silahları ilə bağlı ritorikanın sərtləşməsi riski də artır. Qeyd edək ki, onsuz da son zamanlar Rusiya rəhbərliyi, o cümlədən Vladimir Putin çıxışlarında tez-tez “hələ gücümüzü tam göstərməmişik”, “Rusiya istənilən vasitədən istifadə etməyə hazırdır” kimi üstüörtülü, amma mesaj dolu ifadələr işlədirdi. Dmitri Medvedev isə açıq şəkildə nüvə silahı ilə təhdid etməkdən çəkinmir”.

Vəli Əlibəyov

Ekspert hesab edir ki, dünya yeni mərhələyə qədəm qoyub:

“Qeyri-sabit, qarşılıqlı güvənin azaldığı, texnologiyanın müharibə alətinə çevrildiyi bir mərhələ ilə üz-üzəyik. Nüvə silahının aktiv döyüşə cəlb olunması hələ real görünməsə də, vəziyyətin bir anlıq emosional və ya siyasi qərarla təhlükəli istiqamətə sürüklənməsi mümkündür.

Bunları nəzərə alaraq, demək olar ki, hazırda dünya “nüvə müharibəsinə hamilədir”. Amma bu hamiləliyin doğuşla nəticələnib-nəticələnməməsi dövlətlərin, liderlərin və beynəlxalq ictimaiyyətin bu təhlükəni necə idarə etməsindən asılı olacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 İyun 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri