Naftalanda yeni istiqamətverici lövhələr quraşdırılıb FOTOLAR
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Naftalan kurortunun inkişafında və beynəlxalq səviyyədə tanınmasında mütəmadi olaraq addımlar atılır.
AZXEBER.COM xəbər verir ki, məm şəhərdə yaradılan müasir turizm infrastrukturu, həm də unikal-müalicəvi nefti əsasında pasiyentlərin müalicəsində əldə olunan yüksək təsirli nəticələr Naftalanı turistlər üçün daha cəlbedici beynəlxalq turizm mərkəzinə çevirib.
Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin dəstəyi ilə həyata keçirilən sosial layihə - Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhəddi magistral avtomobil yolunun 313-cü kilometrliyindəki körpünün hər iki istiqamətinə uzunluğu 30 metr olmaqla nəfis tərtibatda hazırlanmış istiqamətverici və tanıtım lövhələri quraşdırılıb.
Lövhələr Naftalan şəhərinə müalicə və istirahət üçün gələn turistlərə hərəkət, istiqamət, marşrut müəyyənləşdirmə rahatlığını və turizmin inkişafının təşviqini təmin edir.
Baxış sayı:55
Bu xəbər 03 İyun 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















